Tural  Vəlimətov  Dünyaməddin oğlu

AZƏRBAYCANDAKI MİLLİ AZLIQLARIN TARİXİ, FOLKLORU VƏ ADƏT-ƏNƏNƏLƏRİ

(Azsaylı xalqların mətbuatının Azərbaycan jurnalistikasındakı yeri)

Ləzgilər Azərbaycanda və Rusiyada yaşayan qafqazdilli etnoslar arasında mühüm yer tutan milli azlıqlardan biridir. Hazırda dünyada təxminən 600 min ləzginin olduğu bildirilir. Bunlardan 412,535-i Rusiya Federasiyasının cənubunda (Dağıstanda), 2009-cu ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə 180,300 nəfəri isə Azərbaycan Respublikasının şimal rayonlarında, əsasən də Quba-Xaçmaz iqtisadi rayonunda məskunlaşmışlar. Bir qismi isə Qusar, Qəbələ, İsmayıllı, Oğuz, Göyçay rayonları ərazisində, eləcə də Bakı, Gəncə, SumqayıtMingəçevir şəhərlərində yaşayırlar və Azərbaycan əhalisinin 2 %-ni təşkil edirlər.

 Dağıstanda isə əsasən  Məhərrəmkənd, Axtı, Xiv, Doqquzpara, Qurah, Ağul, Rutul, Dərbənd, Xasavyurd və başqa rayonlar, Mahaçqala, Dərbənd, Kaspiysk, Daqestanskiye Oqni, İzberbaş, Kizlyar, Yujno-Suxokumsk və s. şəhərlər, Bilici və Məmmədqala qəsəbələri ləzgilərin ən çox məskunlaşdıqları yerlərdir. Etnos özünü «lezgiyar» adlandırır. Tarixi mənbələrə görə, ləzgilərin əcdadları leq adlı qədim alban tayfalarıdır. Onlar Qudyal və Samur çayları hövzələrində məskunlaşmışlar (indiki Dağıstan ərazisində). Ləzgi dili Küre, Axtı və Quba olmaqla, üç dialektə malikdir.

Ləzgilərin çoxu islam dininin sünni, az bir hissəsi isə şiə  məzhəbinə etiqad edir. Ləzgilər şimali Qafqazda yaşayan tabasaranlılar, ağullar, udilər, rutullar, saxurlar, arçilər, buduqlar, qrızlar və s. xaiqlarla  qohum xalq hesab olunurlar.

Antik yunan tarixçiləri Strabon və Herodot, eramızdan əvvəl və eramızın I-III əsrlərində yaşamış Roma-Bizans tarixçiləri Apolloni Rodosski, Stefan Bizanslı, Korneli Tasit, Klavdi Ptolemey və başqaları, V-VIII əsrlərin tarixçiləri Aqofenqel, Koryun, Sebeos, VII-XI əsrlərdə Qafqazda olmuş ərəb tarixçiləri əl-Kufi, Balazuri, əl-Masudi, İbn əl-Asir, Yaqut əl-Həməvi və başqaları, alban tarixçisi Musa Kalankatuklu öz əsərlərində ləzgilər haqqında maraqlı məlumatlar vermişlər.

             Azərbaycan tarixçilərindən A.Bakıxanovun, M.Baharlının, İ.Əliyevin, Z.Bün­­ya­dovun, K.Əliyevin, F. Məmmədovanın, R.Vahidovun, R.Göyüşovun, Dağıstan tarixçilərindən  isə M.İxilovun, R.Məhəmmədovun, X.Ramazanovun, A.Şixsaidovun, Ə.Ağayevin, S.Ağaşirinovanın, Z.Rizvanovun və R.Rizvanovun tədqiqatlarında ləzgilərlə bağlı böyük maraq doğuran məlumatlara rast gəlinir.

           Rus tarixçilərindən İ.Gerber, K.V.Trever, V.V.Latışev, A.A.Kudryavtsev, M.İ. Artomonov, V.F. Minorski, K.M.Kurdov, Z.İ. Yampolski, İ.Biberşteyn, S.N.Murav­yov, A. N.Genko, məşhur şərqşünas P. K. Uslar, həmçinin ötən əsrin bir sıra tanınmış rus yazıçı və jurnalistləri öz əsərlərində ləzgi xalqının tarixi, dili, mədəniyyəti və adət-ənənələri haqqında ətraflı məlumatlar təqdim edirlər.

          Ləzgilərin tarixi küll halında X əsrin əvvəllərində yazılmış “Axtınamə”  əsə­rində özünün geniş əksini tapır. Ayrı-ayrı əsrlərdə bir sıra ləzgi tarixçilərinin, alim­lərinin irs qoyduqları əsərlər, X əsrin birinci yarısında qələmə alınmış “Tarix Bab al-Abvab”,  Məhəmməd Rafinin 1313-cü ildə işıq üzü görmüş “Tarixi Dağıstan”, ləz­gilərin X-XV əsrlər tarixini əhatə edən, 1610-cu ilə aid “Tarix Maza”, Mirzə Həsən Alqadarinin XIX əsrin sonlarında çap olunmuş “Asari Dağıstan”, M.M.İxilo­vun “Quba ləzgiləri”, “Ləzgi qrupu xalqları”, Z.Rizvanovun və R.Rizvanovun “Ləzgilərin tarixi”, həmçinin son vaxtlar Moskvanın “Olimpiya” nəşriyyatının  “Ləzgilərin tarixi” seriyası ilə çap etdiyi əsərlər bu xalqın tarixi baxımından zəngin mənbələr hesab oluna bilər.

         Tarixçilər ləzgilərin milli-mədəni sərvətləri arasında bu xalqın rəqsə olan məhəbbətini xüsusi qeyd edir, “Ləzginka”nı dünyanın ən iti, ən şux və dinamik rəqsi kimi təsvir edirlər. Bu rəqsdəki çeviklik, cəldlik, plastika və coşqunluq dünyanın bir çox məşhur salonlarını ayağa qaldırmış, onun mənsub olduğu xalqa, onun mədəniy­yətinə və incəsənətinə dərin hörmət və ehtiram hissi qazandırmışdır.

         XIX əsrin əvvəllərində Dağıstanda yaşamış bir sıra rus tarixçiləri və yazıçıları bəzi başqa ləzgi rəqslərini də gözəlliyinə və iti ritmlərinə görə “Ləzginka” adlandırıblar. Rus tarixçiləri Muravyov və Veliçko “Ləzginka”nın döyüşkən və səfər­bəredici gücə malik olduğunu xüsusi qeyd etmiş, Qafqaz müharibəsi zamanı onun sədaları altında Şeyx Şamilin öz müridlərini döyüşə səslədiyini xüsusi vurğulamışlar.

        Ləzgi rəqsləri zənginliyi və müxtəlifliyi ilə diqqəti cəlb edir. İlk dəfə SSRİ Dövlət Mükafatı laureatı, ləzgilərin və Dağıstan xalqlarının peşəkar musiqisinin banisi Qotfrid Həsənov 1925-ci ildə 126 ləzgi xalq melodiyasını lentə almışdır. 1927-ci ildə o, zurna ilə ifa olunan 12 “Ləzginka”nı lentə köçürüb. Q.Həsənov 1948-ci ildə çap etdirdiyi “100 Dağıstan havası” adlı antologiyaya onlarca  rəqs havasını daxil edib. Məşhur “Ləzginka” rəqs ansamblının bədii rəhbəri Zeynal Hacıyev 1959-cu ildə “30 ləzgi xalq rəqsi” adlı toplu buraxıb. Bəstəkar Fətullah Rəhimxanov ləzgilərin 79 xalq mahnısını və 23 rəqsini nota köçürüb.

       Bahar bayramına (Novruz bayramı) ləzgilər “Yaran Suvar” deyirlər. “Yar” ləzgilərin qədim kənd təsərrüfatı təqviminin bir ayıdır və martın 21-dən aprelin 4-dək davam edir. Yar ayı yaz-tarla işlərinin başlanğıcına təsadüf etdiyindən, ən maraqlı mə­­ra­simlər tarlalarda, bağlarda, əkin yerlərində keçirilir. Ləzgilərin qədim adət­lə­rindən biri olan, könüllü iməcilik mənasını verən “mel”in ən əhəmiyyətlisi bahar bayramı ərəfəsində keçirilir. Ev-eşik təmizlənir, yorğan-döşək günə sərilir, xalça-palaz çırpılır, evlərin divarları ağardılır, bağ-bağat, tarlalar çör-çöpdən, alaqdan təmizlənir.”Yar” sözünün ikinci mənası “qırmızı” deməkdir. Qədim vaxtlarda ləz­gi­lə­in bayram süfrəsi qırmızı rəngdə olarmış. Adətən, toyları Yar ayına salardılar. Bəyə yaran çam, yəni bahar bəyi, gəlinə yaran svas, yəni bahar gəlini deyərdilər. Gəlin ba­har xalçası toxuyardı. Toy günü onun üzünü düqürlə, yəni qırmızı duvaqla örtərdilər.

       “Yaran suvar” kəndlərdə xüsusi təntənə ilə keçirilərdi. Son vaxtlara kimi bəzədilmiş keçi oynatmaq mərasimi geniş yayılmışdı. Bu, ləzgi mifologiyası ilə əlaqədardır. Bahar bayramında dağ turunun bənzəri olan keçini bəzədib küçələrdə oynadardılar ki, o, öz cəsarətindən hamıya pay versin. Mərasim mahnı və rəqslərlə müşayiət olunardı.

      “Vatsrakar” xalq mərasimi də qədim adətlərdəndir. Onun məzmununu Aya və Günəşə olunan müraciətlər, onların tərifi təşkil edir. Qızlar, oğlanlar mahnı oxuya-oxuya məhəllələrdən keçərdilər. Martın 21-dən 22-nə keçən gecə hamı bayram şamları ilə evlərinin qarşısına çıxır. Şamlar il boyu yığılmış köhnə paltarlardan hazırlanır, onları alovu sönüb qurtarana kimi əllərdə saxlayırlar.

Belə bir inanc var ki, ailənin illik güzəranı bayram süfrəsindən asılıdır. Ona görə də hamı çalışır ki, süfrə zəngin olsun. Bayram süfrəsinə oturmazdan qabaq bayram payı ilə küsülülərin evinə gedərlər. Plov qazanından çəkilmiş ilk nimçəni qonşuluqda xəstə yatan və ya kimsəsiz, köməksiz adama göndərərlər.

         Ləzgilərin  qədim Çiçək bayramı əsasən kənd əhalisi tərəfindən geniş qeyd edilir. Böyük şadyanalıqla keçirilən çiçək bayramının əsl vətəni Dağıstan Respublikasının Axtı rayonunun Cəbə kəndidir. Hələ XIX əsrin ortalarında rus topoqrafı S.Q.Aleksandrov, həmin əsrin 70-ci illərində alman alimi A.Bekker ləzgilərin bu bayramı haqqında məlumat vermişlər. Dağlarda qarlar əriyib, alp çəmənlikləri çiçək açanda bütün el əvvəlcədən elan olunmuş vaxtda Cəbəyə axışır. Başqa yerlərdən atlı və piyadalar buraya üz tutur.  Cavanlar bəslədikləri yüyrək atlarla  cıdıra çıxır, pəhləvanlar qurşaq tutur, qızlar çiçəklərdən çələng hörürlər. Bayramın ən maraqlı hissəsi mahnı və rəqs yarışmasıdır. Qızlarla oğlanlar bir yerdə mərasim mahnıları ifa edir, rəqs yarışına qoşulurlar. Bu, həm də gənclərin bir-birini bəyənib seçməsi üçün əlverişli yer və vaxtdır. Sonra hamı çəmənlikdə salınmış süfrə ətrafına yığışır, mahnı və rəqslərdən ibarət məclisə start verilir. Qaş qaralanda dağlardan evə dönənlərin əllərində çiçək dəstələri olur. Bunlar adi çiçəklər deyil, hər biri bir dərdin dərmanıdır.  Qadınlar onları evlərin damlarında səliqə ilə qurudur, ilboyu müxtəlif xəstəliklərin müalicəsində istifadə edirlər.

Ləzgilərin kənd təsərrüfatı işləri ilə bağlı olan xalq bayramı - ilk şırım bayramı kəndlərdə ilk baharda qeyd olunur. Torpağın şumlanıb əkin üçün hazırlanması vaxtı yetişəndə elliklə yığışıb ilk şırımın açılması mərasimində iştirak edirlər. Kəndin təcrübəli əkinçilərindən biri xışını sahəyə çıxarır, digərləri isə sahənin kənarında tonqal qalayırlar. Həmin əkinçi hamının gözü qarşısında xış qoşulmuş öküzləri əkinə istiqamətləndirib deyir: “Hiş! İzləriniz bərəkətli olsun!”

                Sahənin bu başından o başına gedib qayıtmağa “rqal” (şırım) deyirlər. Əkinçilər ilk şırımın yaxşı olmasına böyük əhəmiyyət verir, gələcək məhsulun taleyi ilk şırımdan asılıdır deyərdilər. Elə ona görə də bu məsul vəzifəni kimə gəldi yox, nüfuzlu, əli yüngül kinçiyə etibar edirlər. İlk şırımdan sonra əkinçi öküzlərini gənclərə həvalə edir. Ertəsi gün bütün el şuma çıxır. Yer şumlaya-şumlaya hamı əkinçi mahnısı (havar) oxuyur. Hav - dörd şırım deməkdir. Bir qayda olaraq hər dörd şırımdan sonra əkinçi dincini alır. Ləzgi folklorunun bir növü olan, kənd yerlərində geniş yayılmış havarları bir solist ifa edir, xor isə onu müşayiət edir. Sahənin kənarına yığışmış adamlar bayram şənliyi, yemək-içmək mərasimi üçün hazırlıq görürlər. Onlar qoyun kəsir, xörək hazırlayır, çörək bişirirlər. Sonra hamı bayram süfrəsinin ətrafına yığışır. Mahnı səsləri uzaqlara yayılır.

Taxıl biçininin vaxtı yaxınlaşanda, adətən ilk sünbülün yığılması bayram edilir. Bu bayrama “ilk sünbül”, “ilk dərz” və ya “peçxür bayramı” da deyirlər. İlk dərzləri yığıb onları zəminin kənarında başı üstə qoyur, sünbülləri oxşaya-oxşaya, xeyir-dua edə-edə mahnı oxuyur və süfrə  arxasına keçirlər. Zurnanın və nağaranın şux səslərini eşidən uşaqlar rəqsə girişirlər. Qadınlar təzə arpadan bişirdikləri çörəkdən qonşulara, kənddəki imkansız ailələrə və yetimlərə pay verirlər. İnanca görə, belə bəxşişlər paylanmayanda yağış və ya dolu yağır.

 Xalq oyunları ilə müşayiət olunan, kollektiv şəkildə ifa olunan  mahnılarla zəngin “Peşapay” bayram qədim teatr ünsürləri ilə zəngindir. Uzaq keçmişdə “Peşapay” kişilərin tamaşası olub.  Uzun müddət davam edən quraqlıq zamanı bərə­kət, bolluq arzusu ilə insanlar küçələrə  çıxar, ğutslardan (tanrıçalardan) yağış dilə­yər­dilər. Adətən bir oğlan uşağına ağac budaqlarından “paltar” geyindirib,  küçə-küçə gəzdirər, onu müşayiət edərək yağış arzusu ilə mahnı oxuyardılar. Mahnılar yağış yağana kimi davam edərdi. Adamlar Peşapayın üstünə su atardılar. Son illərə kimi quraqlıq zamanı ləzgi kəndlərində “Quni” gəzdirmək adəti var idi. Oğlan uşağını soyundurub, ona çubuqlar sarıyıb, iplə bağlayar, ondan “Quni” düzəldərdilər. Uşaqlar onu dövrəyə alaraq, məhəllə-məhəllə gəzdirər, mahnı oxuyardılar. Mahnı sona çatanda ev yiyəsi “Quni”nin başına su tökərdi. Bundan sonra hər uşaq Quni haqqında bildiyi mahnıları oxuyardı. Uşaqların biri digərini tamamlamalı idi. Bu qayda ilə əsl mahnı yarışması gedirdi. Ən çox mahnı oxuyan uşağa ev sahibi tərəfindən bəxşişlər verilərdi. Bunlar qiymətli hədiyyələr idi:  xəncər, qəmə, çuxa, dayça, erkək quzu və s. Belə hədiyyələr uşaqların ürəyincə olar, onlarda qəhrəmanlıq ruhu aşılayardı.

Yağıntı çox düşəndə “Peşəpay””ın əksi, günəşə çağırışdan ibarət olan “Ala­pex”  mərasimi keçirilərdi. Bu mərasimdə ancaq qadınlar iştirak edərdilər. Onlar gə­linciyin başına qırmızı yaylıq örtüb, qapı-qapı gəzdirərdilər. Qədim ləzgilərin təsəv­vürlərinə görə, Rağ (günəş) qızdır. Onu qırmızı rəngin köməyi ilə çağırmaq olar. Bahar mərasimi olan “Peşəpay”dan fərqli olaraq, “Alapex”  yay mövsümünün mərasimidir.

        Suvar sözünün bir neçə mənası var. Bir mənası bayramdır. Ləzgilər alp çəmənliklərinə də suvar deyirlər. Suvar həm də ləzgi xalq eposu olan “Şarvili”nin baş qəhrəmanının nişanlısının adıdır.

       Ləzgi xalqının maddi-mənəvi mədəniyyətinin nümunələrindən biri də bu xalqın zəngin mətbəxidir. Ən çox bəyənilən milli yeməklərdən biri tsıkandır. Xəmirdən hazırlanan və içi xırda doğranmış ət və kartofla doldurulmuş bu ləzzətli təama bir növ pitsanı xatırlatdığı üçün – “ləzgi pitsası” da deyilir.

       Bu gün Azərbaycanda milli azlıqların mədəniyyət mərkəzləri fəaliyyət göstərir, onların dillərində qəzet və jurnallar nəşr olunur. Belə mərkəzlərdən biri də “Samur” Ləzgi Milli Mərkəzidir. Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyətlərini inkişaf etdirməklə bağlı Azərbaycan Respublikası prezidentinin 1992-ci ildə verdiyi fərmandan sonra digər xalqlarla yanaşı ləzgilərin də mədəniyyət mərkəzi və «Samur» adlı respublika qəzeti fəaliyyətə başlamışdır. 1993-cü ildən başlayaraq isə ləzgi dilində dərsliklər də  çap edilir. 

       «Samur»un ilk redaktoru tanınmış jurnalist və yazıçı Feyruz Bədəlov olub. Bundan sonra qəzetin redaktoru incəsənət elmləri doktoru Nurəddin Həbibov təyin olunub. 1997-ci ildə isə yazıçı-jurnalist Sədaqət Kərimova «Samur»un baş redaktoru təyin olundu. 1999-cü ildə qəzetin abunəçilərinin sayı 500 nəfər artır. Qəzetdə ləzgicə 50, azərbaycanca 40, rusca 20 rubrika açılır. Həmin rubrikalar altında maraqlı materiallar dərc olunur və «Samur» əldən-ələ gəzir. Redaksiyanın apardığı ictimai rəy sorğusu nəticəsində ləzgicə və azərbaycanca açılmış «Bura doğma vətəndir», «Samur»un qonaqları», «Kəndlərimiz», «Samur»un lüğəti, «Samur»un məktəbi, «Bilirsinizmi?», «Nadir məqalələr», «1918-ci il Quba faciəsi», «Bizim məşhurlar», «Samur»un lətifələri», «Yeni ləzgilər», «Qusar, qusarlılar», «Ləzgi dili haqqında söhbətlər», «Gəlimli-gedimli dünya», «Adamlar və talelər», «Redaktor sözü», «Ağsaqqallarımız, şöhrət tacımız», «Məşhur ləzgilər haqqında bilmədiklərimiz», «Ləzgilər dünyanın hər yerində» rubrikaları altında dərc edilən məqalələr oxucular tərəfindən maraqla qarşılanır. Bunu oxuculardan redaksiyaya daxil olan məktublar təsdiq edir. Həmin il redaksiyaya 1164 məktub daxil oldu. Məktubların əksəriyyəti Azərbaycanın 23, Dağıstanın 14 rayon və şəhərindən göndərilmişdi. 2005-ci ildə «Samur»un abunəçiləri daha 400 nəfər artır. Qəzet 2400 nüsxə tirajla çap olunmağa başlayır. Beləliklə, «Samur» getdikcə daha çox populyarlaşır və tədricən dünya ləzgilərinin qəzetinə çevrilir. “Samur” qəzeti üç dildə - ləzgi, Azərbaycan və rus dillərində materiallar dərc edir. Qəzet səhifələrində müxtəlif mövzularda materiallar dərc edilir: ləzgilərin mədəniyyəti, adət-ənənələri, etnoqrafiyası, dili, ədəbiyyatı, tarixi, Azərbaycan və ləzgi xalqlarının dostluq əlaqələri, müstəqil respublikamızın demokratik inkişaf yolunda qazandığı uğurlar və s. Hazırda qəzet Dağıstanda, Rusiyada, Estoniyada, Qırğızıstanda, Qazaxıstanda, Özbəkistanda, Ukraynada, Tür­kiyədə, Almaniyada, ABŞ-da, Belorusiyada, İsveçrədə, bir sözlə, 23 xarici ölkədə oxunur. 2012-ci ilin yanvarında Azərbaycanın ləzgi dilində nəşr olunan yeganə respublika qəzeti «Samur»un 20 yaşı tamam oldu.

       Əsrlər boyu müxtəlif etnoslar ölkəmizdə Azərbaycan xalqı ilə sülh və harmoniya şəraitində yaşayıb. Tarixən unikal çoxmillətli ölkə olan Azərbaycan etnik rəngarəngliyi və tolerantlığı ilə tanınır. Bu adət-ənənə bu gün də qorunub saxlanmaqdadır.

 

İstifadə olunmuş mənbələr

1. http://atlas.musigi-dunya.az/az/history_lezgin.html

2. http://az.wikipedia.org 

3. http://www.sedagetkerimova.com/index.php?id=23&lng=az 

4. http://www.paritet.az/olke/2694.html

5. Сария Агаширинова — Материальная культура лезгин 18-19 века.1978 г.

6. http://az.wikipedia.org/wiki

Xülasə :

 Məqalədə Azərbaycanda yaşayan ləzgi xalqının tarixi keçmişindən, adət-ənələrindən , mədəniyyətindən və mətbuatından söhbət açılır.Eyni zamanda,bu xalqın musiqisi  və bayramları barəsində də məlumat verilir.

Açar sözləri : Azərbaycan, tarix, folklor, milli adət-ənənə, mətbuat

Rəyçi :  Dos. İlham Mazanlı

 


Təranə Ələddin qızı Mahmudova

İNFORMASİYA-KOMMUNİKASİYA ERASI VƏ ÜNSİYYƏT: DİLDƏ YENİ NƏ VAR?

                1969-cu ildə Amerika Birləşmiş Ştatlarında ayrı-ayrı ştatlarda yerləşdirilən və hər biri otaq böyüklüyündə olan dörd kompüter vasitəsilə informasiyanın ötürülmə imkanları sınaqdan keçirilərkən mütəxəssislərin bəlkə ağlına da gəlməzdi ki, əsasını qoyduqları internet dünyanı bu qədər dəyişə, canlandıra, informasiya mübadiləsini isə belə asanlaşdıra və aktuallaşdıra biləcək. Çox güman ki, o vaxtlar informasiya texnolo­gi­yalarının dayanmadan təkmilləşdirilərək ovuc içində yerləşə biləcək ölçülər alacağını təxmin etmək o qədər də real görünmürdü. İnformasiya bazalarının yaradılmasının, qorunmasının və ötürülməsinin gündəmə gəlməsi ilə geniş insan kütlələrinin online, yəni virtual İnternet məkanında ünsiyyətə qoşulması prosesi baş verdi.

Hazırda bir çox Qərb ölkələrində yaşanan dövr – tarixi mərhələ informasiya cəmiyyəti kimi xarakterizə olunur. İnformasiya cəmiyyəti haqqında müxtəlif nəzəri fikirlər və elmi-tədqiqat işləri mövcuddur. Bu cəmiyyət haqqında ilk nəzəri fikirlər XX əsrin 50-ci illərinə təsadüf edir. İnformasiya cəmiyyətinin ilk nəzəriyyəçilərindən olan Elvin Toffler onu bəşəriyyətin tarixində növbəti ictimai-iqtisadi formasiya kimi xarakterizə etmişdi. (1, s.15) Məşhur Kanada sosioloqu və futuroloqu M.Maklüen informasiya texnologiya­larının inkişafı sayəsində kütləvi kommunikasiya sahəsində inqilabi dəyişikliklərin ola­cağını və bu tarixi transformasiyalar nəticəsində dünyanın “qlobal kəndə” çevriləcəyini öz əsərlərində dönə-dönə qeyd etmişdi. Bu sahədə əsaslı tədqiqatlar aparmış digər, daha müasir alimlərdən isə Daniel Bellin adını çəkmək lazımdır. İnformasiya əsrinin postin­dustrial cəmiyyət anlayışı ilə sinonim olması ideyası məhz ona məxsusdur. (1, s.43)

İndi jurnalistika, bütövlükdə isə media, kütləvi kommunikasiya bəşər tarixində heç vaxt olmadığı qədər aktuallıq qazanmaqdadır. H.Movlana qeyd edir ki, “Bir çox aspektlərdə kommunikasiya artıq inkişafın özü deməkdir” (2, s. 195)

    Informasiya mübadiləsinin bu dərəcədə asanlaşdığı bir dövrdə ictimai-siyasi həyatın bütün sahələri yeniliklərin təsirinə məruz qalır. Bu proses əsas ünsiyyət vasitəsi sayılan dildə də özünü biruzə verir. Dil, hər hansı xalqın həyatında müstəsna rol oynayan, onu digərlərindən fərqləndirən, seçən nəsnələrdən biri, bəlkə ən əsasıdır. Dil – xalqın, millətin həyat və düşüncə tərzini, tarixini əks etdirən nəhəng bir vasitədir. İnformasiya-kommunikasiya texnologiyalarındakı (bundan sonra İKT) bu inqilabi sıçrayışlar bəşəriyyətin əzəli və əbədi ünsiyyət vasitəsi olan dilə necə təsir edir? Dil bu yeniliklərə necə və hansı proseslərlə reaksiya verir? Keçmiş sosialist idarəetmə üsulunun iflası, Azər­baycanın digər sovet sosialist respublikaları kimi kommunist ideologiyası ilə üzü­lüşməsi, düşüncə və yaşayış tərzlərindəki dəyişmələr dilə necə təsir etdi? Qloballaş­ma­nın geniş vüsət alması, Türkiyə ilə mədəni və informasiya əlaqələrinin möhkəmlənməsi cəmiyyətdə baş verənləri əks etdirən dildə özünü necə biruzə verir?

İnformasiya-kommunikasiya dövrünün dillərə və ümumiyyətlə kommunikasiyaya təsirini iki aspektdə araşdırmaq olar. Birinci, İKT-nin yeni dünya düzənində aparıcı rol oynaması və qlobal miqyasda kütləvi istifadəsi ilə bağlı bu texnologiyaları ifadə edən leksik vahidlərin dilin söz bazasında fəal vahidlərə çevrilməsi. Buna misal olaraq, inter­net, onlayn (online), kompüter, noutbuk (notebook), lap-top, sayt (site), i-meyl (e-mail), link, vay-fay (wi-fi), modem, mobil telefon, sms, mms, kontur və bu kimi digər sözlər.

İkinci, qloballaşmanın təsiri ilə beynəlxalq səviyyədə müxtəlif ictimai-siyasi pro­sesləri və bütün dünyada tətbiq edilən proseslərin ifadəsi üçün fəal istifadə olunan  söz və digər dil vahidlərinin yayılması. Bu vahidlərin böyük əksəriyyəti dillərə transliterasiya yolu ilə keçsə də, bəziləri hərfi tərcümə üsulu ilə çevrilərək dilin söz ehtiyatına daxil olur. Məsə­lən, monitorinq, forum, ekstradisiya, kurrikulum, format, kserokopiya, lizinq, kredit və s.

SSRİ və kommunist bloku dağıldıqdan sonra respublikaların müstəqillik qazanması ictimai-siyasi həyatın bir çox sahələrində, o sıradan da kommunikasiyada köklü dəyişikliklərə səbəb oldu. Əvvəllər ictimai müzakirəsi yasaq sayılan mövzular haqqında kütləvi informasiya vasitələrində daha geniş danışılmağa başlandı. Bununla da ictimai fəallığı və siyasi mənsubiyyəti bildirən sözlərin istifadəsinə ehtiyac yarandı. “Gündəm”, “dəstək”, (və ya “dəstəkləmək”), “açıqlama(q)”, “imic”, ”spiker”, “plat­forma”  və s. Müstəqillik özü ilə yeni və zəruri tələblər gətirdi - dünya ölkələri ilə yeni əlaqələr qurmaq, dünyaya açılmaq, beynəlxalq səviyyədə gedən proseslərə qoşulmaq və s.  Baş verənlər həm də yeni informasiya-kommunikasiya erasının təkamülü, formalaşması və inkişafı ilə üst-üstə düşdü. İKT-nin qlobal səviyyədə önəm qazanması onlarla bağlı yeni söz və ifadələrin yaranmasına səbəb oldu. Digər tərəfdən də məhz İKT-nin sayəsində dillərarası və ölkələrarası ünsiyyət bəşər tarixində heç zaman olmadığı qədər asanlaşdı və gücləndi. Bu həm də dillərarası əlaqələrin genişlənməsinə səbəb oldu – indi sözlər bir dildən başqasına əvvəlki dövrlərdən daha asan və sürətlə keçə bilir, çünki onların hər hansı kontekstdə görülməsi və eşidilməsi tezləşmişdir. İKT yalnız dünya miqyasında “dəbdə olan” əşya, anlayış, brend, söz və ifadələrin yayılmasında və tanınmasında fəal rol oynamır, həm də ayrı-ayrı ölkələrdə ictimai həyatın müxtəlif sahələrində yeni meyl­lərin yaranmasına və möhkəm­lənməsinə səbəb olur. Məsələn, hazırda dünya miq­yasında NGO (non-governmental organiza­tions) anlayışı yetərincə populyardır, çün­ki bu qu­rumlar Qərbdə dövlət idarələrinə alternativ kimi fəal mövqedədir və onların mövcudluğu demokratik proseslərə, fikir plüralizminə, qərarvermədə seçim müxtəlif­liyinə təsir edən bir institut kimi alqışlanır. Bu baxımdan demokratik inkişaf yoluna qoşulan ölkələrdə də bu cür qurumların yaradılmasına güclü dəstək verilir. Bunun təbii nəticəsi kimi dildə də adekvat söz və ya termin yaranır. Məsələn, Azərbaycan dilində qeyri-hökumət təşkilatı ifadəsi və ya onun abbreviaturası (QHT) son dövrlərdə yaranmış dil vahididir və işlənmə dərəcəsinə görə yetərincə fəaldır.

İstər Azərbaycanda, istərsə də post- sovet respublikalarında, bütövlükdə keçmiş so­sialist düşərgəsində ictimai-siyasi durumun dəyişməsi özünüifadə və ünsiyyət sahəsində bir çox yeniliklərin ortaya çıxmasına səbəb oldu. İKT və onun özü ilə gətirdiyi yeniliklər qlobal xarakter daşıdığından keçmiş post-sovet məkanında xüsusi intensivliklə yayıl­mağa və tanınmağa başlandı. Başqa sözlə, özünü yüksək sürətlə dəyişən dünyanın bir hissəsi olaraq hiss etmək, qlobal proseslərlə ayaqlaşmaq istəyi bəzən MDB ölkə­lərində xarici, xüsusilə də Qərb düşüncə tərzinə aludəçilik meyllərini gücləndirdi. İctimai-sosial həyatın bir çox sahələrində yaranan yeni qurumlar xarici dillərdən götürülmüş sözlərlə adlandırılmağa başlandı. Azərbaycanda müstəqillik dövründə yaranmış televiziya kanal­larının adlarına nəzər yetirmək kifayətdir ki, buna əmin olasan. ANS (Azerbaijan News Service), Space, Lider. Azərbaycan  Reklamçılar İttifaqı tərəfindən aparılan moni­torin­qın nəticələri göstərmişdir ki, Bakı şəhərinin küçələrində rast gəlinən reklamların ancaq 6%-i Azərbaycan dilindədir.

Müstəqillik illərində və İKT bumunun təsiri ilə dilə keçən bəzi sözlərin fəal­laşmasına səbəb həm də haqqında danışılan əşyanın, prosesin, anlayışın yeni, əvvəlkindən fərqli funksiyaya malik olmasını, onun dünya standartlarına uyğun gəldiyini göstərmək ehti­yacıdır. Məsələn, sovet dövründə hər hansı dövlət müəssisəsi rahatlıqla “idarə” adlana bilərdi. Hazırda isə özəl (yeri gəlmişkən, bu söz də müstəqillik illərinin “məhsu­ludur”) müəssisələr daha çox “ofis” sözünə üstünlük verir, çünki bu söz təsəvvürdə “idarə” sözünün yaratdığı assosiasiyalardan fərqli və yeni bir “mənzərə” yaradır. Son dövrlər dildə yeni sayıla biləcək “prezentasiya”, “monitorinq”, “kurrikulum”, “siləbas”, “format” və bu tipli sözlərdən fəal istifadə olunması da bununla bağlıdır. Azərbaycan dilində “təqdimat” sözü olsa da, çağdaş dövrdə “prezentasiya” sözünə üstünlük verilir, çünki bu söz təsəvvürdə yeni texnologiyalardan istifadə etməklə (“proyektor”nəzərdə tutulur – T.M.) hər hansı mövzu haqqında geniş məlumat verməkdir. Avtomobillərlə bağlı işlədilən “park etmək” sözü də bu qəbildən olan leksik vahidlərdəndir. Məlumdur ki, əşya, proses və anlayışlar bir çox hallarda həyatımıza onları ifadə edəcək linqvistik vahidlərin yaradılmasından daha əvvəl daxil ola bilər. Bu isə müəyyən qədər vaxt aldığından nəyi isə adlandırmaq kortəbii yolla baş verir. Bu səbəbdən də insanlar xarici mənşəli sözlərdən istifadə etməklə öz fikirlərini bildirməyə çalışırlar. Məsələn, yenə də kompüter texnologiyaları  ilə bağlı olaraq ingilis dilindəki “to delete” feli “dilit etmək”, “to forward” feli “forvard etmək”, “to like” “layk etmək”, “to save” isə “seyv etmək” kimi işlədilir. Doğrudur, bu proses danışıq dilində izlənməkdədir. Burada bir məqamı da qeyd etmək lazımdır ki, məhz bu xarakterli sözlərdən fərqli olaraq “to download” azərbaycancaya “yükləmək” kimi çevrildi və bu cür də sabitləşdi.

İKT bumunun özü ilə gətirdiyi yeni söz və ifadələrin işlənmə və eşidilmə fəallığı o qədər güclüdür ki, sovet dövrü leksikonundakı bəzi sözlər hazırda çox işlədilən vahidlərin təsiri ilə unudulmaqda və arxaikləşməkdədir. Bu daha çox oxşar sözlərə aiddir. Məsələn, “internat” sözü kimi. İnternet və onu ifadə edən sözün qlobal miqyasda istifadəsinin şəksiz dominantlığı artıq birincinin (internat) arxa plana keçməsini, hətta arxaikləşməsini şərtləndirmişdir. Hazırda “internat” haqqında danışan insanların onu səhvən “internet” adlandırmasının da tez-tez şahidi ola bilərik. Dildə eyni təsirə məruz qalan başqa sözlər də var. “Projektor” sözü “proyektor”, Mobil (ad olaraq) “mobil” (telefon), “masaj” “mesaj”, “kompas” “kampus” sözləri tərəfindən sıxışdırlmaqdadır. Bəzi sözlər isə oxşar olmasa da, yeni meyllərin təsiri ilə bir-birini əvəzləməkdədir. Məsələn, “marka” sözünün “brend”-lə, “vertolyot”-un “helikopter”-lə, “Zaqafqaziya”nın “Cənubi Qafqaz”la  və s. əvəzlənməsi kimi.

Sovet dövründə işlənən bəzi sözlər yerini qlobal miqyasda fəallığı ilə seçilən sözlərə verməkdədir. “Otel” sözünü buna aid etmək olar. Sovet dövründə demək olar ki, yalnız ədəbi dildə mövcud olan “mehmanxana” sözünün ifadə etdiyi məna danışıq dilində daha çox rus dilində (“qostinitsa”) işlədilirdi. Hazırda isə İKT-nin, qlobal səviyyədə səyahətlərin fəallaşması və internet vasitəsilə axtarış apararaq xüsusi saytlarda nömrə rezervasiya edə bilmək imkanının yaranması ilə əlaqədar “otel” sözünün istifadəsinin gücləndiyini müşahidə etmək olar. Bu məqamda “rezervasiya” sözünün də fəallaşmasını qeyd etmək lazımdır. Burada sözsüz ki, türk dilinin təsiri də qeyd olunmalıdır.

Mobil telefonlar da son dövrlərdə gündəlik həyatımıza möhkəm daxil olmuş vasitələr­dən­dir. Hətta o qədər möhkəm ki, həyatımıza lap yaxın keçmişdə daxil olmasına baxma­yaraq onsuz necə yaşamışıq və yaşaya bilərik sualına cavab tapmaqda belə çətinlik çəkirik. Maraqlısı budur ki, XIX əsrdə məhz telefonların yaradılması ilə şəbəkələnmənin əsası qoyulmuşdu.İnsanların lazım olan informasiyanı, hətta musiqini belə öz istəklərinə görə əldə etmələri də qlobal kommunikasiyanın pioneri sayılan telefonların sayəsində mümkün olmuşdur. Mobil telefonların yenidən gündəmə gəlməsini isə bəzi ekspertlər telefonun “ikinci doğuşu” adlandırırlar. (3, s.6) Mobil telefonlar özləri ilə xeyli sayda yeniliklər gətirdi. Bu yeniliklər təbii olaraq dildə də öz əksini tapdı. Onlarla bağlı dildə yaranmış və ya başqa dillərdən götürülmüş sözlərdən bir qismi barədə yuxarıda danı­şıl­mışdır. Mesaj, mesajlaşmaq, sms, mms və s. “Mesaj” sözünün əvəzinə “ismarıc” sözünü işlətmək cəhdləri olsa da, o, dildə qala bilmədi. Mobil telefonların məişətimizə gəlişi ilə onlarla bağlı yeni anlayışları ifadə etmək üçün istifadə edilən sözlər ənənəvi olaraq rus dilindən götürüldü.

Mobil telefonların nitqə və bütövlükdə dilə təsiri həm də onda oldu ki, göndərilən mesajlar üçün müəyyən məbləğ ödənildiyinə görə abonentlər daha qısa yazmağa başla­dılar. Bununla da bəzi abbreviaturalar yarandı. Bu tendensiya hazırda bütün dünyada izlənməkdədir. Azərbaycanda da bunu müşahidə etmək mümkündür. “Salam” əvəzinə sadəcə “slm”, “təşəkkür” əvəzinə “tşk” yazıldığını tez-tez görə bilərik. Lakin o da qeyd olunmalıdır ki, bu cür abbreviaturalar əsasən başqa dillərin təsiri ilə, yəni eyni model üzrə yaranır.

Dildə nəzərə çarpan dəyişikliklərin bir qismi İKT-nin təsiri ilə əlaqəlidirsə, digər bir qismi də kommersiyalaşma meylləri ilə bağlıdır. Qeyd etmək lazımdır ki, kommersiya xarakterli yeni sözlərin, ifadələrin yayılmasında da İTK-nın müstəsna “xidmətləri” var. Bu zaman reklamların rolu xüsusilə qeyd olunmalıdır. Son dövrlərdə biznes sahəsində rəqabət gücləndikcə daha çox alıcı cəlb etmək məqsədilə ayrı-ayrı şirkətlər, qurumlar özəl təkliflərlə çıxış edirlər. “İki (üç, dörd və s.) dənə alana daha biri hədiyyə verilir” tipli təkliflər gündəlik həyatımızda tez-tez eşitdiyimiz, gördüyümüz təkliflərdəndir. Bu o qədər tez-tez rastlanan və eşidilən təklifdir ki, sovet dövründə və yaxın keçmişə qədər danışıq dilində sabit olaraq rusca işlədilən “podarok” (danışıq dilində “podarka” kimi tə­ləf­füz olunur) sözü artıq istifadədən sıxışdırılmaqdadır. Eyni məqsədlə dilə gələn “bonus” sözü də yetərincə fəallaşmışdır. Hər iki halda mobil telefonların bu prosesdə fəallığını qeyd etməliyik, çünki məhz bu kommunikasiya vasitəsinin təklif etdiyi müx­təlif  bonus və hədiyyələr haqqında məlumat daha tez yayılmaq imkanına malikdir. Bu da onunla bağlıdır ki, mobil telefonlar bütün yaş təbəqələri tərəfindən geniş istifadə olunur.  

Kommersiyalaşma ilə əlaqədar fəallaşan sözlərdən biri də “xanım” sözüdür. Son dövrlər alıcılara daha nəzakətli müraciət (və ya xidmət) məqsədilə işlədilən bu söz, həm də pozitiv məna yükünə, şəxsə hörmət dərəcəsinə görə yaşından asılı olmayaraq bütün qız və qadınlara münasibətdə istifadə olunur. Onun gündəmə möhkəm daxil olduğunu əminliklə demək olar. Kommersiyalaşma ilə əlaqədar dilə və gündəmə daxil olan sözlərdən biri də “endirim” sözüdür. Türkcədən götürülmüş bu söz həm də rus dilindən götürülmüş “skidka” sözü ilə eyni dərəcədə fəal işlənir, tək bir fərqlə ki, sonuncu daha çox danışıq dilində istifadədədir. “Brend” sözü də son dövrlərdə Azərbaycan dilinə məhz kommersiyalaşma “dalğası” ilə gələn vahidlərdəndir. Kommersiyalaşma ilə bağlı olaraq  dildə xarici mənşəli “kreativ” (yaradıcı) sözünün istifadəsinin fəallaşmasını görə bilərik. Hazırda şəhərin küçələrində salonların, studiyaların adında bu sözə tez-tez rast gələ bilərik. Yeri gəlmişkən, son dövrlərdə dilə möhkəm daxil olan leksik vahidlərdən biri də “salon” (“saç salonları” nəzərdə tutulur) sözüdür. Bu söz əvvəllər danışıq dilində “parikmaxerski” kimi formalaşmış sözü istifadədən sıxışdırıb çıxarmaqdadır. Ölkəmizdə həmçinin “çay evi”, “çap evi”, “kitab evi” kimi adlanan məkanlara tez-tez rast gəlmək olar. Bu tendensiya da sırf kommersiyalaşma ilə bağlıdır. Məlumdur ki, evlə bağlı hər hansı xatırlatmalar, paralellər insanda xoş, məhrəm hisslər doğurur. Bəzi kommersiya müəssisələrinin adında “ev” sözünün olması əsasən bu psixoloji məqamlara kök­lənmişdir. Lakin burada başqa amillər də var. Məsələn, “çay evi” müştərilərdə həm də çayxanadan fərqli bir məkan təsəvvürü yaratmaq məqsədi daşıyır – burada daha səviyyəli xidmət göstərilir, çayla bağlı bütün tələblərə cavab verilir, bu içki ilə birlikdə çərəzləri, mürəbbələri də dadmaq mümkündür, buraya ailəvi gəlmək olar və s. Təbii ki, bütün bu üstünlüklər xidmətin haqqında da öz əksini tapır.

Dildə nəzərə çarpan dəyişikliklərin bir qismi də beynəlxalq əlaqələrin güclənməsidir. Elektron poçtların yaranması ilə beynəlxalq yazışmalar görünməmiş bir fəallıq qazandı. Belə bir fikir var ki, interneti yarandığı ilk dövrlərdə “xilas edən”, sonralar isə popul­yarlaş­dıran məhz elektron poçt olmuşdur. Ünsiyyətin virtual məkanda mümkünlüyünü və üstünlüyünü göstərən e-mail-lər daha sonralar sosial şəbəkələrin yaradılması ideya­sının əsasında dayanmışdır. (4, s.23) Elektron məktubların çatım sürəti, məkan və zaman amilindən azad olması ondan kütləvi istifadəni şərtləndirdi. Beynəlxalq kommu­nika­si­yanın gəlişməsində elektron poçtların rolu olduqca böyükdür. Məhz onların sayəsində müxtəlif ölkələrdən olan insanlarla əlaqə qurmaq, onları lazımi məlumatla təmin etmək, materialların mübadiləsini və göndərilməsini gerçəkləşdirmək və daha neçə-neçə əməliy­yatı həyata keçirmək mümkündür. Təkcə bir faktı qeyd etmək yetər ki, hazırda dünyada 600 milyondan çox insan elektron poçtdan istifadə edir.

Beynəlxalq yazışmaların dili ingilis dili olduğuna görə azərbaycandillilərin yazışma­sında da ingilis dilində aparılan yazışmaların və istifadə olunan üslubun təsiri duyulmaq­dadır. İngilis dilində tez-tez istifadə olunan “ I hope you are doing fine” və yaxud “I hope this e-mail finds you well” kimi klişelərin təsiri ilə Azərbaycan dilində “Ümid edirəm ki,...” tipli mürəkkəb cümlələrdən istifadə çoxalmışdır. Bu, daha çox elektron yazışmalarda və rəsmi tədbirlərdə hiss olunmaqdadır. Azərbaycan dilində həm üz-üzə gələrkən, həm də məktublaşma zamanı hal-əhval tutmaq üçün “necəsən” və ya “necə­siniz” tipli sual cümlələrindən istifadə edildiyi halda, elektron məktublarda daha çox “Ümid edirəm ki, yaxşısınız” tipli cümlələrdən istifadəyə meyl güclənməkdədir.

İngilis dilində həm üz-üzə ünsiyyət zamanı sağollaşarkən, həm də elektron yazış­ma­larda məktubun sonunda çox istifadə olunan “Have a nice day!” ifadəsinin təsiri ilə bəzi insanların nitqində “Günün xoş keçsin!” kimi kalka üsulu ilə çevrilmiş ifadələrə rast gəlmək olar.

Dillərin təsiri haqqında danışarkən türk dilinin roluna xüsusi yer ayırmaq doğru olardı. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra türk və Azərbaycan dilləri arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə keçdi. Sovet İttifaqı qurulduqdan sonra Azərbaycan türkcəsinin Türkiyə türkcəsi ilə əlaqəsi xüsusi sərtliklə kəsilmişdi. Əsər­lərində Osmanlı türkcəsinə meylliliyi ilə seçilən ədiblərin repressiyaya uğraması faktı da o dövrün ən məşum hadisələrindəndir. Digər humanitar elm sahələrində olduğu kimi, dilə və dilçilərə qarşı davamlı olaraq aparılan repressiyalar daha bir neçə məqsəd güdürdü - Sovet İttifaqına daxil edilən bütün millətlərin dillərini rus dilindən asılı və tabeçi hala salmaq, yəni onların sərbəst inkişafının qarşısını almaq, onları öz təbii qaynaqlarından uzaqlaşdırmaq, sovet gerçəkliklərini ifadə edən anlayışları kor-koranə və müti vəziyyətdə ana dillərinə “pərçimləyən” “dilçilər ordusu” yaratmaq. Bunun da məntiqli və məqsədəuyğun nəticəsi kimi rus dili SSRİ-dəki qeyri-rus dillərinin yeni söz və ifadələrin  qaynağına çevrildi. Azərbaycan və rus dillərinin qarşılaşdırılması zamanı dilimizə kalka yolu ilə keçmiş xeyli sayda konstruksiyaların olduğunu da görə bilərik. Başqa sözlə, rus dilinin təsiri ancaq söz və ifadələrlə məhdudlaşmamışdır. Təbii ki, olanlara yalnız siyasi prizmadan qiymət vermək doğru deyil. Ən azından ona görə ki, coğrafi yaxınlıq xalqların, mədəniyyətlərin ünsiyyətini şərtləndirdiyi kimi, dillərin qarşılıqlı təsirini də qaçılmaz edir. Sadəcə siyasi amillər proseslərdəki tarazlığa və sərbəstliyə təsir edir.

Son dövrlər türk dilinin təsirilə azərbaycancada tez-tez işlədilməkdə olan xeyli sayda söz və ifadələr var. Bu proses Türkiyə türkcəsinin Azərbaycan dili üçün “təbii qaynaq” rolunu bərpa etməsi ilə bağlıdır. Yuxarıda qeyd edildiyi kimi, bunun yalnız birtərəfli proses olduğunu iddia etmək doğru olmazdı. Qohum dillər arasında qarşılıqlı mübadilə və zənginləşmə meylləri təbii və məntiqli prosesdir. Lakin nəzərə alsaq ki, Azərbaycan dili bütün post-sovet məkanında yaşayan xalqlar kimi uzun müddət “kommunizm quruculuğu” şəraitində saxlanmış və o dövrə xas formada inkişaf etdirilmişdir, o zaman müstəqillik qazanmış bir ölkənin dili olaraq Azərbaycan dilinin dünyaya çıxışı və yeni gəlişmə mərhələsinin gerçəkliklərinə uyğunlaşması baxımından müəyyən təcrübəyə ehtiyacı ola bilər. Burada onu da qeyd etmək yerinə düşər ki, respublikanın müstəqillik qazanması zamanca həm də bütün dünyada kommunikasiyanın böyük aktuallıq kəsb etməsi ilə üst-üstə düşdü. Bu isə İKT və onların özləri ilə gətirdiyi anlayışları ifadə etmək üçün müəyyən modellərin və yanaşma üsullarının işlənməsini tələb edir.

Ən yaxın dilllərdən biri və bəlkə də birincisi kimi, bu prosesdə türk dili qaynaq rolunda çıxış edə bilər. Əslində son zamanlar dildə müşahidə edilən bəzi meyllər bu prosesin intensivləşməsindən xəbər verir. Burada, heç şübhəsiz ki, İKT-nin rolu qeyd olunmalı­dır. Daha dəqiq desək, bu prosesdə çanaq antenaların vasitəsilə yayımlanan türk kanal­larına - verilişlərə, özəlliklə də filmlərə baxmaq imkanı xüsusi rol oynamaqdadır. Məhz türk filmlərinin təsiri ilə azərbaycancada “canım”,”həyatım” tipli əzizləyici sözlərin fəallaşması izlənməkdədir.

Türkcədən azərbaycancaya daha hansı söz və ifadələr keçir? Bu nə tipli dil vahidləridir? Hər hansı dildə bu və ya digər səbəblərdən yaranmış boşluqların olması normal haldır. Dillərin “ünsiyyəti” o boşluqların doldurulmasına imkan yaradır. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan dilinin artıq yeni inkişaf mərhələsinə daxil olması bu boşluqların sayını çoxalda bilər. Onların bir qisminin türk dilinin vasitəsilə “dolması” prosesi izlənməkdədir. Azərbaycancada get-gedə daha çox eşidilməkdə olan “keçmiş olsun” ifadəsi buna nümunə ola bilər. Bu ifadənin türkcədə hər hansı problemlə üzləşmiş və artıq həmin çətinliyi aşmış insana deyilməsi hamıya məlumdur. Burada “keçmiş” sözünün özündə ehtiva etdiyi məna yükü diqqəti cəlb edir. “Keçmək” feli hər hansı bir hadisənin – bu, istər problem olsun, istərsə də adi bir hal – ötməsi, geridə qalması deməkdir. “Keçmiş” həm də nəyinsə zamanca tarixə qovuşması deməkdir, yəni bu gündən uzaqda, indi ilə əlaqəsi olmaması və bu nəsnənin bir daha geriyə dönə bilməməsi, indi ola bilməməsi anlamına gəlir. Problemlərlə üzləşən şəxs isə təbii olaraq çətinliyin, problemin arxada qalmasını və “tarixə qovuşmasını” hər şeydən çox istəyəcək. Bu mənada “keçmiş olsun!” ifadəsi məntiqli və diləyatımlıdır.

Müstəqillikdən sonra türk dilindən keçən və hazırda azərbaycancada çox fəal işlədilən sözlərdən biri də “dəstək” sözüdür. Bu da dildə həmin anlayışla bağlı boşluğun olması ilə əlaqədardır.  “Dəstək” sözünün tez bir zamanda dilə keçməsinin səbəblərindən biri də ölkədəki ictimai-siyasi hadisələrlə, həmçinin Azərbaycanın beynəlxalq münasibətləri və bu sistemdə gedən proseslərlə bağlılığı ola bilər. Məlum hadisələr kontekstində dost ölkələrin bir-birinə yardım göstərməsi anlamına da gələ bilər. “Dəstək” sözü həmçinin seçkiqabağı təşviqat kampaniyası zamanı hər hansı namizədin öz mövqeyini nümayiş etdirməsi, seçicilərin rəğbət göstərdikləri namizədə münasibət bildirməsi, eləcə də bütövlükdə təbliğat - təşviqat kampaniyası zamanı fəal işlənən dil vahidlərindəndir. Bəzi sözlərin türk dilindən asanlıqla əxz olunması həm də həmin vahidlərin məntiqli, anlaşıqlı və doğma səslənməsi, şifahi xalq ədəbiyyatı və ya danışıq üslubunda qurulması ilə əlaqədardır. Şifahi xalq ədəbiyyatı isə millətin yaddaşında daha əzəli olduğuna görə doğma və tanış gəlir. Bu cür söz və ifadələr adətən şifahi xalq ədəbiyyatı sayağı sadə və yaddaqalan olur. Üstəlik dilin təbii qaydalarına uyğun gəlir (məsələn, ahəng qanununa). Bu baxımdan “gəlişmə” sözünü araşdıraq. Bu söz “inkişaf” sözünün türk dilindəki qarşılığıdır. Son dövrlər Azərbaycan dilində də tez-tez eşidilməkdədir. Dilimizdə, özəlliklə də danışıq dilində “xəmir gəldi/gəlib”, (kimsə) “əmələ gəlib” (kökəlmək mənasında) kimi ifadələr fəal işlənir və hər hansı sahədə nədəsə irəliləmə, artma, böyümənin qeydə alındığını bildirir. Sözü təşkil edən hissəciklərin, xüsusilə sözün kökündə duran“gəl” morfeminin anlaşıqlı olması və onun yuxarıda göstərilən oxşar proseslərlə tanış assosiasiya yaratması bu sözün keçidini asanlaşdıran amillərdəndir. “Soyad”, “önəm”, “öncə”,“say” (“nömrə” sözünün sinonimi olaraq), “gündəm”, “bağ” (“əlaqə”, “bağlılıq” mənasında), “olay”, “yasaq”/“yasaqlanmaq”,”qatılmaq”, “dartışmaq”, “etkiləmək”, “qaçırmaq”, “araşdırma”, “keçərli”, “yetərli”, haqqında yuxarıda danışdığımız “endirim” kimi sözlərin dilə asanlıqla keçməsi və qərar tutması da bu aspektdən izah edilə bilər. Qısalıq, anlaşıqlıq və tələffüzdə rahatlıq da bəzi sözlərin dilə keçidi üçün münbit şərait yaradır. Buna nümunə olaraq dilimizdə uzun müddət qərar tutmuş və bəzi insanların çətinliklə tələffüz etdiyi “müvəffəqiyyət” sözünün türk dilində hər zaman daha fəal olmuş “uğur” sözü ilə əvəzlənməsi prosesini göstərə bilərik. “Uğur” həm də türk dilindəki “başarılar” sözünün ekvivalenti kimi işlənir.

Türk dilinin təsiri ilə dilimizdə getdikcə daha çox eşidilməkdə olan “Doğum gü­nün mübarək!” ifadəsinin üzərində xüsusilə dayanmaq lazımdır. Bu ifadə azər­bay­cancada ənənəvi olaraq “Ad günün mübarək!” kimi işlədilmişdir və işlədil­mək­dədir. Adət-ənənələrdəki bəzi detallara görə (“doğmaq” və onunla bağlı sözləri açıq işlətməmək meyli) ünsiyyətdə “doğum” sözündən qaçılmışdır. Lakin hazırda tez-tez görüldüyünə və eşidildiyinə (özəlliklə də sosial mediada), həmçinin hadisə ilə fel arasındakı məntiqi bağlılıq bu ifadənin dilə keçidini sürətləndirmişdir. Ha­zırda əminliklə demək olar ki, “doğum günün mübarək!” ifadəsi daha intensiv işlənir.

Türk dilinin təsiri ilə Azərbaycan dilindəki bəzi sözlərin mənasını əks istiqamətdə dəyişməsi faktına da rast gəlmək olar. Məsələn, “rəğmən” sözündə olduğu kimi. Yaxın keçmişə qədər Azərbaycan dilində bu söz “nəyə isə uyğun olaraq”, “nə iləsə həmahəng olaraq” mənasında işlədilirdi. Əslində “rəğmən” ərəb mənşəli söz olub “acığına olaraq, əksinə” mənasını verir. (5, s.513) Bu söz türk dilində məhz bu mənada işlənir, həm də nitqdə yetərincə fəaldır. Məhz bu fəallığın təsiri nəticəsində “rəğmən” sözü azərbaycancada mənasını əks istiqamətdə dəyişmiş, məhz  türk dilindəki kimi, yəni həm də əzəli mənasında işlənməyə başlanmışdır.

Türk dilindən söz və ifadələrin keçməsini şərtləndirən amillərdən biri də sino­nim­lərə olan ehtiyacdır. Bu ehtiyac isə dildə gedən müəyyən proseslərlə bağlı ola bilər. Məsələn, sinonimlərdən həmçinin sözlərin bir cümlə daxilində təkrarlanma­ması üçün istifadə edilir. Əgər cümlənin bir yerində “iştirak etmək” feli işlədilirsə, eyni cümlədə onun təkrarından qaçmaq üçün “qatılmaq” felinin istifadəsi məqsədə­uy­ğun olardı. Bu halda təbii olaraq ən yaxın dil olaraq türk dili qaynaq rolu oynaya bilər.

Türk dilindən söz keçidinə təsir edən amillərdən biri də sosial mediadır. Türk məhsul­ları “Youtube”-da yerləşdirilən materialların 10%-ni təşkil edir. “Youtu­be”un qlobal əhəmiyyətli nəhəng bir mexanizm olduğunu nəzərə alsaq, razılaş­malıyıq ki, bu o qədər də kiçik rəqəm deyil. Sosial şəbəkələrdə (yeri gəlmişkən, məhz “şəbəkə” və “sosial şəbəkələr” ifadələri də yeni media ilə əlaqədar olaraq son dövrlərdə yetərincə fəallaş­mış­dır) Türkiyə mədəniyyəti, eləcə də bəşəri dəyərlərlə, bütövlükdə dünya haqqında türkcə məlumatların çoxluğu dil yaxınlığı və doğmalıq baxımından Azərbaycan vətəndaşlarının da onlardan geniş istifadə etməsinə şərait yaradır. Məhz bu səbəbdən xüsusilə də gənclər arasında “paylaşım”/”paylaşmaq”, “yüklə­mək”, “bəyən­mək” kimi türkcədən götürülmüş sözlər getdikcə daha çox işlənməkdədir.

Azərbaycanın beynəlxalq aləmlə münasibətlərinin genişlənməsi, heç şübhəsiz ki, dilə öz təsirini göstərir və göstərəcəkdir. Dil əksər hallarda  özü-özünü tənzimləyə və gərəkli olanı saxlamağa qadirdir. Lakin bu proses ictimai xarakterli olduğundan onun mütəxəssislər tərəfindən tənzimlənməsi lazımdır. B.Çobanzadənin təbirincə desək, dilin müəyyən dövrdəki vəziyyətini qeyd və təsbit etməklə onu ictimai insitutlar  (məktəblər, mətbuat, teatr, cəmiyyətlər və s.) vasitəsilə yaymaq dilə şüurlu münasibət göstərmək və onun inkişafını təmin etmək deməkdir. (6, s.147) Başqa sözlə, dilin də bütün nəsnələr kimi çeviklik, yaradıcı münasibət, qayğı və dəyişikliyə ehtiyacı var.

 

Açar sözlər: informasiya əsri, qlobal kommunikasiya, müstəqillik dövrü, Azərbaycan dilində yeni meyllər

Key words: information age, global communication, independence period, new trends in Azerbaijani

Ключевые слова: информационная эра, глобальная коммуникация, период независимости, современные тенденции в азербайджанском языке

 

İstifadə olunmuş ədəbiyyat:

1.         Уэбстер Ф. Теории информационного общества. Москва, Аспект Пресс, 2004

2.         Mowlana H. (2005) Global Information and World Communication. London, New Delhi: Sage Publications

3.         Pavlik J. V.& McIntosh Sh. (2004) Converging Media. New York, Oxford: Oxford University Press

4.         Dijk J. ((2006) The Network Society. Los Angeles, London, New Delhi: Sage Publications

5.         Ərəb və fars sözləri lüğəti. Azərbaycan SSR EA Nəsimi adına Dilçilik İnstitutu. Bakı, “Yazıçı” nəşriyyatı, 1985

6.         Çobanzadə B. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2007

 

Резюме

В этой статье говорится о воздействии современных тенденций в общественно-политической жизни на азербайджанский язык в целом, и на словообразовательный процесс в частности.

 

Resume

This paper is researching how new trends in the socio-political life of Azerbaijan affects the language and word formation process in general.

 

Rəyçi:  prof. N.A.Əhmədli

 

 

 


Samir Xalidoğlu (Mirzəyev)

I DÜNYA MÜHARİBƏSİ İLLƏRİNDƏ AZƏRBAYCAN MƏTBUATI (1914-1917)

Dünyanı yenidən bölüşdürmək uğrunda iki hərbi-siyasi bloka daxil olan Üçlər İttifaqı və Antanta dövlətlərinin sürətlə silahlanmaları dünyanı sarsıdan dəh­şətli mü­ha­ribəyə gətirib çıxardı. 1914-cü ilin iyununda Avstriya vəliəhdinin serb millətçisi tərəfindən öldürülməsi çoxdan hazırlanmaqda olan dünya müha­ribəsinin başlanması üçün bəhanə oldu. Müharibəyə dünyanın 40-a qədər qədər ölkəsi cəlb edilmişdi. Qırx beş milyon nəfərdən çox adam silahlandırılmışdı. Müharibədə o dövrün bütün silah növlərindən istifadə edilmişdi. Bəşər tarixində özünə qədərki saysız-hesabsız müha­ri­bələr içərisində ən dəhşətlisi olan bu müha­ribədə 35 mil­yona qədər adam öldürülmüş və yaralanmışdı.

Birinci Cahan savaşı hər iki blok üçün işğalçılıq müharibəsi idi. Çar Rusiyası da böyük dövlətlər arasında dünyanın yenidən bölüşdürülməsi uğrunda müharibədə fəal iştirak edirdi. Müharibəsinin Rusiyaya vurduğu ziyan ölçüyə gəlməz dərəcədə böyük idi. Ağır maliyyə, yanacaq və ərzaq böhranı başlanmışdı. Rusiyanın ayrı-ayrı əyalətlərində olduğu kimi, Azərbaycanda da müharibə nəti­cə­sində iqtisadi və sosial-siyasi vəziyyət acınacaqlı idi. Bu böhranlı vəziyyət bir çox sahələr kimi mətbuatdan da təsirsiz ötüşmədi.

Müharibə başlanan kimi Qafqaz canişini mövcud senzura qanunlarına əlavə olaraq bir sıra sərəncamlar vermişdi. Onun göstərişi ilə ilk günlərdən müs­təqil sen­zura komitələri yaradılmışdı. Dövri mətbuat üçün verilmiş xüsusi sirkulyar göstə­rişlərdən əlavə, canişinin sərəncamı ilə yerli qəzetlərdə, xüsusən qeyri-rus dillərində buraxılan qəzet və jurnallarda hərbi səciyyə daşıyan məlumatların çapı olduqca məhdudlaşdırılmışdı. Yalnız hərbi senzuranın icazə verdiyi xəbər və məlumatları yerli qəzetlər dərc edə bilərdilər. Məhz bu səbəbdəndir ki, əksər mətbu orqanların axırıncı səhifəsində bu sözləri görmək mümkün idi: “Hərbi senzura ilə razılaşdırılıb”.

Senzura qaydaları əvvəlki dövrlər ilə müqayisədə xeyli sərtləşdirilmişdi. Hər hansı bir fikir və ya söz qəzet və jurnalların bağlanmasına səbəb ola bilərdi. Çar məmurları daim yerli mətbuatda Rusiyaya qarşı yönəlmiş bir fikir axtarır, nə isə bir qəsdin üstünü açmağa tələsirdilər. Məsələn, “Sədayi-həqq” qəzetinin 1914-cü il 18 dekabr tarixli, 291-ci nömrəsində dərc olunmuş bir felyeton böyük qalmaqala səbəb olmuşdu. Həmin yazıda getmiş “sarı qamış” ifadəsinə görə qəzetin redaktoru Haşım bəy Vəzirov və naşiri Salman bəy Tahirov məhkəmə məsuliyyətinə cəlb olunmuş, qəzetin nüsxələri müsadirə olunmuş və çox keçmədən qəzet bağlanmışdı.

Mətbu orqanların və onların redaktorlarının cərimələnməsi isə adi hal idi. Belə cərimələnmələrdən birinə “Dirilik” jurnalı məruz qalmışdı. Buna səbəb jurnalın 1915-ci il 1 iyun tarixli 16-cı nömrəsində verilmiş “Rusiya imperatoru Böyük Pet­ronun vəsiyətnaməsi” adlı yazı olmuşdu. Qafqaz Əsgəri Dairəsinin baş rəisi bu yazı­nın senzura qaydalarına zidd olduğunu əldə əsas tutaraq jurnalın müdiri Əliabbas Müznibi 200 manat məbləğində cərimə etmişdi. Müdir bu cəriməni verə bilməyəcəyi təqdirdə 6 gün müddətində həbsə oturmalı idi. Analoji cəzaya məruz qalan digər mət­bu orqan “Sədayi-Qafqaz” qəzeti olmuşdu. Bu barədə “Bəsirət” qəzetinin 1 av­qust 1915-ci il tarixli 55-ci nömrəsində belə bir məlumat vardır: “Müdirimizin (H.İ.Qa­sımovun – S.M.) təhti-idarəsində nəşr olunan “Sədayi-Qafqaz” nam qəzetə Qafqaz dairəsinin hərbi naçalniki general Volski tərəfindən həmin qəzetənin 29-cu nömrə­sində “Düşəndə” sərlövhəli məqalə yazıldığı üçün 500 manat cərimə edil­mişdir. Qası­mov həmin cəriməni verə bilməsə 10 gün həbsxanaya salınacaqdır”.

Cəzaya məruz qalanlar arasında “Yeni İqbal” qəzeti və onun redaktoru M.Ə.Rəsulzadə də var idi. Rəsulzadənin “Yeni İqbal”ın  1915-ci il 6 may tarixli 8-ci nömrəsində dərc olunmuş “Qardaş köməyi” adlı məqaləsi çar hakimiyyət orqan­larının diqqətini cəlb etmiş və o, tezliklə həbs edilmişdi. Bu barədə “Yeni İqbal”ın 24 may 1915-ci il tarixli 23-cü nömrəsində məlumat verilirdi: “Sər­mühərririmiz Məhəmməd Əmin Rəsulzadə əfəndi mayın 19-da Bakı qra­do­na­çalniki cənablarının əmrilə qradonaçalnik dəftərxanasında tovqif edilib həbsxanaya göndərilmişdir”. Qəzetin redaktorluğundan uzaqlaşdırılan Rəsulzadə bir aydan çox müddətdə həbsdə qalmışdı. Bu barədə isə “Bəsirət” qəzetinin 11 iyul 1915-ci il tarixli 53-cü sayında belə bir məlumata rast gəlirik: “Təqribən bir ay yarım bundan əvvəl tovqif edilmiş olan “Yeni İqbal” qəzetinin sərmühərriri Məhəmməd Əmin Rəsulzadə cənabları tovqif edilmişdi. Neçə gün bundan əqdəm mumiəleyh həbsdən azad edilmişdir. Təkrar Bakı mətbuatında işləyib işləməyəcəyi məlum degildir”().

Müharibə dövründəki mətbuat orqanlarının çoxu “zərərli istiqamətinə” görə qapadılmışdı. Çar xəfiyyə orqanlarının çox sevdiyi bu termin həmin illərdə demək olar ki, bütün Azərbaycan qəzet və jurnallarının bağlanmasının əsas səbəbi kimi göstə­rilirdi.

Senzura mətbuat orqanlarının qarşısında duran bir nömrəli problem idi. Lakin problemlər bununla bitmirdi. Müharibə özü ilə bərabər başqa çətinliklər də gətir­miş­di. Belə ki, müharibənin əvvəlindən qəzetçilik işi maddi sıxıntı çəkməkdə idi. Sənaye və ticarətin böhran keçirməsi, iqtisadiyyatın sarsılması mətbu orqan­ların əsas gəlir mənbəyi olan reklamların, elanların azalmasına səbəb olmuşdu. Bunun müqabilində qəzetlərin xərcləri xeyli surətdə artmışdı. Teleqraf və digər bu növ xidmətlərin baha­lanması ilə bərabər mətbəə ləvazimatı da iki dəfəyə qədər bahalanmışdı. Kağız qıtlığı isə xüsusi bir problemə çevrilmişdi. Qəzet kağızı böyük çətinliklər hesabına gətirilir və təbii olaraq baha qiymətə satılırdı. Buna görə də bir çox mətbu orqanların həcmi kiçilmişdi. Qəzet və jurnallar bu xərclərin əvəzini ödəmək üçün abunə və satış qiy­mətlərini qal­dırmışdılar ki, bu da müəyyən qədər oxucu və abunəçi itkisinə səbəb ol­muşdu. Digər bir problem isə mətbəələrdə çalışan fəhlələrin əmək haqlarının artı­rıl­masını tələb etmələri, bu baş vermədikdə isə tətil etmələri idi. Məhz bu səbəb­dən də bir neçə mətbu orqan fəaliyyətini dayandırmışdı. Məsələn, “Kaspi” mətbə­ə­sində işlə­yən fəhlələrin uzun sürən tətili “Qurtuluş” jurnalının bağlanması ilə nəticə­lənmişdi.

Bütün bu problemlərə, maddi sıxıntılara baxmayaraq müharibə illərində Azərbaycan mətbuatı öz fəaliyyətini davam etdirir, ictimai rəyi formalaşdırmağa, xalqın çalışırdı. Əvvəlki illərlə müqayisədə bu dəvrdə mətbu orqanların sayı çox idi. 1914-cü ilin iyunundan 1917-ci ilin fevral ayına qədər Azərbaycanda 60 adda qəzet və jurnal nəşr edilmişdi ki, bunlardan da 27-si rus, 22-si Azərbaycan, 11-i isə erməni dilində idi. Bu mətbu orqanlar Bakı, Gəncə, İrəvan və Tiflis şəhərlərində çıxırdı. Mənsubiyyət göstəricilərinə gəlincə bunlar dövlət, siyasi partiyalar və təşkilatlar, ictimai təşkilatlar və cəmiyyətlər, müstəqil şəxslər, maarif, mədəniyyət və xeyriyyə ocaqlarına aid idi. Bu dövri nəşrlərdən 50-si Bakıda, 6-sı Şuşada,  2-si Tiflisdə, 1-i Gəncədə, 1-i də İrəvanda çap olunmuşdu. Dövriliyə gəldikdə onlar gündəlik, həftədə 3 dəfə, həftəlik, iki həftədə bir, aylıq, üç aydan bir, illik və s. bölünürdü.

Fikirlərini oxucuya çatdırmaq tərzinə görə bu mətbu orqanları 2 qrupa ayır­maq olar: məzhəkəçi və ciddi. Məzhəkəçi satirik orqanlar “Molla Nəsrəddin”, “Lək-Lək”, “Tuti”, “Məzəli”, “Babayi-Əmir”, habelə rus dilində çıxan “Baraban”, “Biç”, “Dji­qit” jurnallarından ibarət idi. Onların səhifələrində əsas etibarilə maarif məsələ­ləri qaldırılır, qadın hüquqları uğrunda mübarizə, dil məsələsi və s. vacib məsələlər işıqlan­dırılırdı. Bu problemlərin kökü isə cəhalətdə, avamlıqda, savad­sızlıqda axtarı­lırdı.

Mətbuatın digər və əsas qolunu isə millətçilik, türkçülük xətti tutmuş “İqbal”, “Yeni İqbal”, “Açıq söz” qəzetləri, “Dirilik” və “Qurtuluş” jurnalları təşkil edirdi. Bu mətbu orqanların çoxu gizli fəaliyyət göstərən Müsavat partiyasının ideyalarını təbliğ edir, milli şüurun oyanmasında, xalqın öz soykökünə qayıtmasında misilsiz xidmət göstərirdilər.

“Məktəb” uşaqlar, valideynlər, məktəbli uşaqlar və yeniyetmələr üçün, “Qar­daş köməyi” müharibədən əziyyət çəkən müsəlmanlara yardım üçün nəzərdə tutul­muşdu. Bunlardan başqa bu dövrdə “Bəsirət”, “İqdam”, “Yeni İqdam”, “Sədayi-həqq”, “Sədayi-Qafqaz”, “Doğru söz”, “Kaspi”, “Baku” qəzetləri, “Məktəb”, “Bürhani-həqiqət” jurnalları da fəaliyyət göstərirdi.

Bütün bu qeyd olunan mətbu orqanların redaktəsində M.Ə.Rəsulzadə, Ü.Ha­cı­bəyli, H.Vəzirov, C.Məmmədquluzadə, Ə.Müznib, S.Hüseyn, H.İ.Qasımov, M.N.Qa­ragözov, Z.Abdullabəyov, C.Bünyadzadə və başqaları yaxından iştirak etmişdi.

Beləliklə, ağır senzura şərtlərinə, müharibənin özü ilə gətirdiyi çətinliklərə baxmayaraq Azərbaycan dövri mətbuatı fəaliyyətini davam etdirir, xalqın milli şüurunun, milli özünüdərkin formalaşmasında aparıcı rol oynayırdı. 

 

Ədəbiyyat siyahısı

1. Azərbaycan tarixi.  Yeddi cilddə. V cild (1900-1920-ci illər). Bakı: Elm, 2008, 696 səh.

2. Cəfərov N.  Milli-ictimai fikir tariximizdən (1914-fevral 1917). Bakı: Azərnəşr, 1993, 80 səh.

3. Məhəmmədzadə M.B. Azərbaycan türk mətbuatı  Bakı, Bakı Universi­te­ti nəş­riyyatı, 2004. 84 səh.

4. Мирзаев М.Ш. Материалы для истории печати на Кавказе  Баку, Тяфяккур, 2009, стр.240

Dövri mətbuat

·  “Açıq söz” qəzeti

·  “Bəsirət” qəzeti

·  “Yeni İqbal” qəzeti

·  “Dirilik” jurnalı

Резюме

Статья посвящена периодической печати Азербайджана, выходящей в годы первой мировой войны. Автор на основе фактических материалов анали­зирует  общественно-политическую характеристику  того времени. Так­же автор рас­сматривает работу и  деятельность  журналистов в условиях жесткой цен­зуры.

 

Ключевые слова: периодической печати Азербайджана, первой миро­вой войны, цензуры, редакторы и публицисты.

Summary

Scientific article deals with Azerbaijan press in the years of the first world war. Author describes the social-public panorama of the time on the basis of fact materials. In the article activities of the press and journalists has been reflected in the condition of heavy censorship.

 

Key words: Azerbaijan press, censorship, the first world war, editor and publicists.

 

Rəyçi: t.e.n. N.Yaqublu

 


Нигяр Икрам гызы Агаева

СОВРЕМЕННАЯ ЯЗЫКОВАЯ СИТУАЦИЯ И ЯЗЫК СМИ

Современная языковая ситуация весьма сложна. На литературный язык оказывают влияние такие разнородные факторы, как социальные изменения (пе­рестройка, реформы), массовая культура, постмодернизм, Интернет и др. В результате в литературный язык вливаются средства различной, нередко противоположной стилистической окраски. Это приводит, как справедливо пишут многие исследователи, к демократизации  литературного языка. Но воз­никает вопрос: как объединяются столь разнородные стилевые потоки в литературном языке? И здесь мы подходим к главной, центральной особен­ности современной языковой ситуации.

В условиях функционально-стилевого расслоения каждый функ­цио­наль­ный стиль манифестирует литературный язык. В каждом из них с большей или меньшей рельефностью обнаруживаются те или иные черты литературного языка. Однако языковое сознание общества нуждается в наглядной модели литературного языка, осуществляющей единство в многообразии на основе одного какого-либо стиля, выступающего в качестве своеобразного идеального пред­ставителя литературного языка. Многостильность в той или иной степени ослабляет представление о единстве литературного языка, поэтому в каждой из периодов развития общество нуждается в стиле, который моделировал бы, представлял бы литературный язык в его целостности и единстве. Особенно остро это положение ощущается в наши дни, когда хлынувшие в литературный язык разнородные стилевые потоки буквально «размывают» литературную речь.

Если в XIX, частично в XX в., понятие литературного языка ассо­ци­ировалось прежде всего с языком художественной литературы, то в наше время на эту роль претендует язык СМИ, что связано как с его политема­тич­ностью, так и с изменившимися условиями его функционирования. Телевидение, радио, газеты, журналы, кино проникли во все «поры» человеческой жизни. По силе влияния на общество, на формирование языковых вкусов, языкового поведения, литературных норм язык СМИ не сравним ни с языком художественной литературы, ни с любым другим стилем. Не случайно еще в 50-е годы XX в. Академик Н.И.Конрад назвал язык СМИ общим, усредненным языком нации (3. с.12).

«Язык СМИ сегодня,- пишет Ю.Н.Караулов,- обрел господствующее положение среди всех функциональных разновидностей, вобрав в себя, поглотив, ассимилировав в себе ресурсы всех функциональных стилей. Иными словами, язык СМИ сегодня представляет собой, хотим мы этого или не хотим, обобщенную модель, совокупный образ национального языка, коллективным пользователем которого являются все жители планеты» (1. с.12).

Язык СМИ по самой своей природе и функциям призван быть моделью национального языка. Журналистика не стремится сознательно стать такой моделью. Перед журналистами такая цель не стояла и не стоит. Журналистика становится моделью национального языка стихийно. Как и национальный язык, журналистика охватывает все сферы жизни. И в этом плане она соизмерима, сопоставима с национальным языком. Язык СМИ отражает, анализирует, оценивает все сферы и явления жизни, но под особым углом зрения. Журналист «имеет дело с массовым сознанием  (оно для него и продукт, и материал) и по той же логике – он это массовое сознание должен, вероятно, преобразовать из прежнего состояния в какое-то новое. И уже тем самым оправдать необходимость своей профессии» (4. с.207).

Ни одна разновидность национального языка не обладает такой силой массового воздействия и такой важной ролью в обществе, как язык СМИ. Поэтому по самой своей природе, функциям и качествам язык СМИ выступает как фактор, объединяющий все слои, группы носителей языка.

Для языкового сознания общества именно язык СМИ воплощает представления о национальном языке. Интеллигенция, городское, сельское население, носители диалектов и жаргонов – речь всех этих групп протекает в известной степени изолированно. И только в языке СМИ происходит объединение всех этих стилевых потоков, образуя новое функционально-стилевое единство, представляющее национальный язык – язык СМИ.

Будучи политематичным, распространяясь на все сферы жизни, язык СМИ, в отличие от любой другой разновидности языка, способен включить в себя практически все языковые средства. Однако этот процесс не носит характера простого переноса из одной языковой сферы в другую. Язык СМИ осваивает, перерабатывает, олитературивает средства разных функциональных сфер, меняя их стилистическое качество, придавая им единую в рамках языка СМИ усредненную окраску. Так происходит с иноязычными заимствованиями, которые благодаря многократному повторению в СМИ теряют в значительной степени окраску книжности, специальной речи, что способствует их адаптации, освоению и значительно расширяет лексикон, сферу книжно-нейтральных средств.

Таким образом, язык СМИ становится «источником для выработки и апробации новых языковых средств, как информативных, так и экспрессивных (флэшка, онлайн-торговля, экотур, отгуглиться, отцифровать, протестное голо­со­вание). Вводя их в публицистический диалог и закрепляя многократным повто­ре­нием, язык СМИ «латает дыры» в русской языковой картине мира» (6. с.188).

Вбирая в себя разнообразные стилевые потоки, усредняя и унифицируя их, язык СМИ выступает как своеобразная лаборатория, в которой осваиваются новые языковые средства, как главный языкотворец, формирующий и закрепляющий литературные нормы, как средство поддержания единства литературного языка. Роль языка СМИ в современных языковых процессах исключительно велика и многогранна. Это главная черта современной языковой ситуации. Развитие языка совершается в недрах функциональных стилей и других сфер национального языка. Но результаты этих процессов окончательно закрепляются в языке СМИ.

Если раньше процессы развития языка определялись соотношением «национальный язык – литературный язык», то в наше время в эти процессы мощно вторгается язык СМИ и развитие языка определяется триадой «национальный язык – язык СМИ – литературный язык». Язык СМИ – это своеобразный мост между национальным и литературным языком. Прежде чем стать достоянием литературного языка, средства национального языка проходят обработку в языке СМИ. В конечном итоге язык СМИ становится главным фактором развития и национального, и литературного языка.

Разумеется, было бы упрощением сводить все процессы развития к функционированию языка СМИ. Литературный язык – многомерное образование. Сложность современной языковой ситуации заключается в действии многих  факторов, таких, как функциональные стили, сферы национального языка, жанры. Они продолжают действовать, оказывая влияние на литературный язык, делая его многорегистровым, полифоничным. Однако все эти процессы объединяются, приобретают общий вектор благодаря языку СМИ, осуществляющему единство в многообразии.

«Язык СМИ не является одной из разновидностей национального языка, а представляет собой самостоятельную полноценную модель общенационального языка. Описывать и изучать язык СМИ – это значит анализировать и оценивать степень использования ресурсов и удовлетворения базовых потребностей этого феномена, оценивать степень объективности и полноты воспроизводимой в нем картины мира, характер и степень соответствия общенациональным идеалам тех возможных миров, которые конструируются в языке СМИ» (2. с. 138).

Каждая из сфер национального языка развивается и функционирует относительно самостоятельно, что и определяет языковой статус этих сфер. Но только в языке СМИ все эти сферы предстают взаимосвязанными, трансфор­ми­рованными, манифестирующими национальный язык в качестве его модели.

Этим, в частности, объясняется высокая престижность языка СМИ, выполняющего в общественной практике функцию языка-эталона, влияющего на политику, литературу, культуру в целом. Выдающаяся роль языка СМИ все больше начинает осознаваться исследователями. «Сегодня СМИ являются основным инструментом политического влияния в современном обществе. Они способны быть эффективным средством влияния на общественный климат». «Ныне практически во всех славянских языках в качестве «эталонной речи» утверждается язык средств массовой информации, публицистики» (5. с.107).

Современный период развития литературного языка характеризуется влиянием многих факторов. Расширяется поле действия литературного языка, захватывающего практически весь национальный язык. Развитие литературного языка происходит под знаком и под решающим воздействием языка СМИ. В этом заключается главная особенность современной языковой ситуации. И как бы ни относиться к ней – такова объективная реальность. И она не дает оснований для субъективных выводов о гибели литературного языка.

Мы переживаем новый период в развитии литературного языка. И то, что часто рассматривается как порча, на самом деле это новые качестве литературного языка, обусловленные новыми общественными условиями  и новой языковой ситуацией. Очень значимы слова Бориса Стругацкого: «С русским языком может произойти все что угодно: перестройка, преображение, превращение – но только не вымирание. Он слишком велик, могуч, гибок, динамичен и непредсказуем, чтобы взять и вдруг исчезнуть. Разве что- вместе с нами».

 

Список литературы

 

1. Караулов Ю.Н. Язык СМИ как модель общенационального языка. Язык средств массовой информации как объект междисциплинарного исследования. Тезисы докладов международной научной конференции. М.,2001.

2. Караулов Ю.Н. русский язык и языковая личность. М.,2007.

3. Конрад Н.И. О языковом существовании. Японский лингвистический сборник. М.,1959.

4. Муратов С. Телевидение в поисках телевидения. Хроника авторских наблюдений. М.,2009.

5. Нещименко Г.П. Язык и культура в истории этноса. Язык. Этнос. Культура. М.,2004.

6. Трофимова О.В., Кузнецова Н.В.Публицистический текст: лингвистический анализ: Учеб. пособие. М.,2010

                                                       

Xülasə

 

Məqalə ədəbi dilin hazırki vəziyyətinin təhlilindən bəhs edir. Burada müasir ədəbi dilin inkişafına təsir edən əsas faktorlar müəyyən edilir ki, bunların da arasında əsas yeri KİV dili tutur.

 

Açar sözlər: ədəbi dilin vəziyyəti, KİV dili, ədəbi dil.

 

Summery

The article is dedicated to analysis of modern language situation. The main factors of influence upon development of standart are analyzed. The first place among thesefactors belongs to media language.

 

Key words: language situation, media language, standard language.

 

Rəyçi:  f.e.f.d   V. Z.Əliyev

Günel İsgəndər qızı Babayeva

SƏRLÖVHƏ AXTARIŞI YARADICILIQ PROSESİ KİMİ

                 İctimaiyyətin həyatında mühüm faktorlardan biri hesab edilən məlumat özünə­məxsus yaradıcılıq xüsusiyyətlərinə malik olan kütləvi informasiya vasitələrindən biridir. Hər bir qəzet və ya jurnal dərc etdiyi materialların dolğunluğuna, informasiya yeniliyinə, səliqəli, cəlbedici tərtibatına görə başqa KİV-dən fərqlənməyə çalışır. Bu, bilavasitə auditoriyanın nüfuzunu qazanmağa, mətbuat orqanının öz reytinqinin qalxmasına xidmət edir.

                 Dərc edilən yazıların maraq çəkisinin bir hissəsi başlıqlıran üzərinə düşür. Sərlövhə hər şey demək olmasa da, jurnalist bacarığının bəzi ünsürlərini özündə bir­ləş­­dirən vasitədir. Sərlövhə qəzet materialının mövzusu barədə oxucuya məlumat verir, redaksiyanın bəhs olunan hadisəyə münasibətini bildirir. Sərlövhələri nəzrdən keçirən oxucu qəzet nömrəsində nə kimi materiallar dərc olunduğu haqqında müəy­yən təsəvvür əldə edir, onların köməyilə yazılardan ən mühümünü və maraqlısını seçə bilir.

                 Qəzet sərlövhələrində zamanın, dövrün izi vardır. O, qəzetin operativliyini, publisistliyini əks etdirir. Sərlövhələr mətnlərin mənasının başlıca cəhətlərini elə əks etdirir ki, onları sadəcə nəzərdən keçirməklə əsrimizin tarixi hadisələrini ardıcıllıqla izləmək olur.

                 “Sərlövhə mətnin adıdır, mətn barədə ilkin təsəvvür yaradan qısa məlumatdır. O, yazının məzmunu ilə həmahəng səslənməli, aydın, sadə, mənalı olmalı, dəqiqliyi, parlaqlığı yeniliyi ilə fərqlənməlidir”. [4, s.70]

                 “Sərlövhə hər bir yazı nümunəsinin çox əhəmiyyətli vacib elementidir. Sərlövhə birbaşa mətnlə bağlı olmalı, bilavasitə mövzunun tərkibindən yaranmalıdır”. [6, s.28]

                 Sərlövhələr qəzetin məzmunundan baş çıxarmağa, oxucuların özlərinə lazım olan materialları axtarıb tapmasına yaxından kömək edir. Ona görə , əgər biz qəzetdə dərc olunan materialları sərlövhəsiz hesab etsək, onda oxucuların özlərinə lazım olan yazıları müəyyənləşdirməkdə necə çətinliklə qarşılaşacaqlarını təsəvvür etmək olar. 150-200 il bundan əvvəl Rusiyada başqa ölkələrdə qəzet materiallarının bizim başa düşdüyümüz mənada sərlövhələri olmamışdır. O zaman qəzet səhifələrində materialların əvvəlində onun alındığı coğrafi məntəqənin – şəhərin adı, redaksiyaya göndərilmə tarixi göstərilirdi.

                 Keçən əsrin birinci yarısında bir sıra fransız, ingilis alman qəzetlərində sərlövhələr meydana gəlmiş, birinci səhifədə dərc olunmuş materialların özünəməxsus göstəricisini verməyə başlamışlar. Müasir qəzetlərin birinci səhifəsində verilən “Bu günkü nömrəmizdə” formasını xatırladan həmin yerdə mühüm materialların sərlövhələri qruplaşdırılır onların məzmunu barədə məlumat verilirdi. Tədriclə digər qəzet səhifələrində əvvəlcə ədəbi materiallar, sonralar isə qeyri-mühüm məqalə məlumatların üzərində sərlövhələr görünməyə başladı.

                 Azərbaycanda da ilkin nəşr olunan qəzetlərdə sərlövhələr olmamışdır. Qəzet daimi şöbələrə bölünürdü materiallar da müvafiq olaraq həmin şöbələrin daxilində verilirdi. Məsələn, “Əkinçi” qəzetinin “Daxiliyyə” bölməsində adətən baş məqalələr, “Tazə xəbərlər” isə bir qayda olaraq xəbər tipli yazılar yerləşdirilirdi. Zaman keçdikcə Azərbaycan mətbuatında da irəliləyiş baş vermiş, rəngarəng sərlövhələr meydana gəlmişdir.

                 Ümumiyyətlə, orijinal, yerində işlədilən sərlövhə tapmaq özü bir yaradıcılıq işidir. Yaxşı sərlövhə jurnalistin peşəkarlığına dəlalət edir. Təkrarçılıqdan, şablondan uzaq olan, fikrin çatdırılmasına imkan verən, materialla sıx bağlı olan, onunla səsləşən digər cəhətləri əhatə edən sərlövhələr hər zaman maraq doğurur.

                 Müasir KİV- sərlövhə qəzetin mühüm ünsürlərindən birinə çevrilmişdir. Onun seçilməsi, redaktə olunması tərtibi diqqəti daha çox cəlb etməyə başlamış, qəzetin yaradıcılıq simasını müəyyənləşdirən vasitələrdən biri olmuşdur.

                 Qəzet səhifəsinə nəzər salan oxucu ilk növbədə sərlövhələrlə qarşılaşır. Onların köməyilə bütövlükdə nömrənin bəhs etdiyi məsələlərdən xəbərdar olur, maraqlandığı materialları tez axtarıb tapır. Bacarıqla seçilmiş, yaxşı redaktə olunmuş, zövqlə tərtib edilmiş mənalı sərlövhə oxucunu bir növ sehrləyir, onu aid olduğu məqaləni ilk növbədə oxumağa həvəsləndirir. Sərlövhələr qəzetin məzmunundan baş çıxarmaqda, mühüm materialları axtarıb tapmaqda oxuculara yaxından kömək edir. Qəzetdəki sərlövhələri nəzərdən keçirən oxucu həmin nömrədə hansı tip materiallar dərc olunduğu haqqında müəyyən təsəvvür əldə edir, onların köməyilə yazılardan ən vacibini maraqlısını seçə bilir.

                 Qəzetin yaradıcılıq siması onun səhifələrində verilən sərlövhələrin xarakteri tərtibi xüsusiyyətlərindən çox asılıdır. Odur ki, hər bir qəzet çalışmalıdır ki, özünəməxsus sərlövhə, rubrika başlıqları olsun onlar öz tərtibi ilə başqa qəzetlərinkindən fərqlənsin. Əlbəttə, bu çətindir, daim yaradıcılıq axtarışları tələb edir. Öz qəzetin qəlbən bağlı olan hər bir jurnalist bunu heç vaxt unutmamalıdır.

                 Nəinki Azərbaycan mətbuatında, xarici qəzetlərdə sərlövhələrin seçilməsinə xüsusi əhəmiyyət verilir. Amma qəzet sərlövhələrinə münasibətdəki müxtəlifliyi aydın görmək çətin deyil. Bu, hər şeydən əvvəl siyasi sistemin təbiətindən, mahiyyətindən irəli gələn tələblərlə şərtlənir. Xarici qəzetlərdə sərlövhəyə bir sıra hallarda elə faktı çıxarırlar ki, bəzən mətndə ondan əsər-əlamət olmur. Naşirlər hay-küylü, sensasiya xarakterli sərlövhələrdən istifadə edirlər ki, daha çox nüsxə qəzet satsınlar, daha çox gəlir əldə etsinlər. Əgər qəzet almış adam hər şeydən əvvəl növbəti qətl, Hollivuddakı növbəti rüsvayçılıq ya növbəti it qaçışının nəticələri barədə uzun-uzadı sərlövhələr görüb, bu bulanıq sensasiyalar axınında batırsa qəzetin nəzərə çarpmayan yerlərində, künc-bucağında dərc olunan siyasi yeniliklər barədə yazılanları unudursa, qəzet maqnatı özünü məqsədinə çatmış hesab edə bilər. Hətta ABŞ-ın “Journal America” qəzetinin redaktoru etiraf edir ki, hay-küylü sərlövhələr sayəsində qəzeti 30 min nüsxə artıq satmaq olar. Azərbaycan mətbuatı da bu bəladan sığortalanmış deyil.

                 Respublikamızdı nəşr olunan ciddi mətbuat orqanları da az deyil. İkinci qismə aid olan qəzetlərdə çox cəlbedici, sensasiyalı başlıqlar vermək dəbdədir. Belə sərlövhələrlə məxsus olduğu material arasında kəskin uyğunsuzluq nəzərə çarpır. Oxucu qeyri-şüuri sərlövhəni görüncə istər-istəməz yazını oxumağa başlayır təbii ki, görmək istədiyini orada tapa bilməyəndə məyus olur. Bütün bunların baş verməməsi üçün sərlövhə seçiminə çox ciddi yanaşmaq lazımdır.

                 Sensasiya qəzet biznesinin başlıca gəlir mənbəyidir. Öz karyerasının zirvəsinə yüksəlmiş mətbuat maqnatı lord Nortklif öz qəzet ticarətinin qanununu belə izəh edir: “Əgər it insanı qapırsa, bu yenilik deyil. Yox, əgər insan iti qapırsa, o zaman bu yenilik olar…” Sensesiyalı sərlövhələr nəyi isə qeyd edir, başqa halda susur, üçüncü halda isə təhrif edir. İş o yerə gəlib çatır ki, sərlövhənin mənası bir sıra hallarda aid olduğu materialların məzmununun əksinə olur.

                 Qəzet sərlövhəsində müəyyən həyat faktının əhəmiyyəti qeyd olunur, ona münasibət bildiririk. Materialın başlıca ideyasının qısa dəqiq ifadəsi olan sərlövhə müəllifin oxucuya ilk sözüdür. Materialın oxunma taleyi bu sözün sehrindən xeyli dərəcə asılıdır. Lakin müasir mətbuat orqanlarımızın bir çoxunda sərlövhə seçimində müxtəlif qüsurlar özünü göstərməkdədir. Məsələn, qəzet səhifələrində sərlövhələrlə mətnin bir-birinə uymadığı, məzmundan geniş sərlövhələrin olması tez-tez rastlaş­­ğımız situasiyalardır. Yaxud, sərlövhənin gurultulu, ya da ifadəsiz, standart təsir ba­ğış­laması, leksik sintaktik cəhətdən başqa materialların sərlövhələri ilə bir tipli olması ciddi qüsurdur. Ona görə sərlövhə problemi son dövrlərdə toxunulması vacib olan ən aktual mövzulardan biridir.

                 Materiallar üçün sərlövhə müasir jurnalistikanın kifayət qədər aktual məsələ­­rindən biridir. Sərlövhə ilk növbədə materialın məzmununa uyğun gəlməli, oxucunun diqqətini cəlb etməlidir. Sərlövhələrin seçilməsi yaradıcılıq prosesinin bir atributu olmaqla, jurnalistin peşə hazırlığı, bacarıq istedadı ilə bağlı olan məsələdir o, müasir jurnalist yaradıcılığının əsas problemlərindən biri olaraq qalır ki, bu da mövzunun aktuallığını şərtləndirir.

                 Qəzet cəmiyyətə xidmət edən buna görə bir çox funksiyalar daşıyan infor­masiya vasitəsi olmaqla yanaşı, həm əmtəədir. Onun yayım bazarında dərəcədə yer tutması müxtəlif amillərdən aslıdır. Buraya qəzetin ideya istiqaməti, mövzu dairə­si, dil üslubu, yüksək peşəkarlıq, yaxşı tərtibat s. daxildir. Sərlövhənin ne­ qu­rulması isə peşəkarlığın göstəricisidir. Sərlövhə özü ərəb sözü olub, kağız ya səhifənin əvvəlində yazılan ad, başlıq mənasını verir.

                 Qəzetdə hər şeydən əvvəl, sərlövhələr diqqəti cəlb edir. Oxucu mütaliəyə başlamazdan səhifələrə göz gəzdirir, nisbətən iri şiriflərlə yığılmış sözləri, ifadələri, cümlələri nəzərdən keçirir. Sərlövhə imkan yaradır ki, oxucu qəzet səhifəsində axtardığı materialı çətinlik çəkmədən tapsın. Oxucu qəzetdə verilən bütün materialları eyni maraqla oxumur. O, özünə lazım olanı seçib oxumaq üçün sərlövhələrə nəzər salır, əlində olan nömrədə nələrdən kimlərdən yazılması haqqında təxmini məlumata malik olur. Biz qəzetdə dərc olunan materialı sərlövhəsiz hesab etsək, onda oxucuların bir çox çətinliklərlə qarşılaşacaqlarının şahidi olarıq.

                 Qəzet səhifəsində materialların uğurla yerləşdirilməsi sərlövhələrin düzgün seçilməsindən çox asılıdır. Sərlövhələrin seçilməsi, ədəbi cəhətdən işlənməsi kimi onların qəzet səhifəsində məqsədəuyğun formada yerləşdirilməsi yaradıcılıq axtarışları tələb edir. Bacarıqla tərtib olunmuş sərlövhələr səhifəni canlandırır, illüs­trasiyası olmayan qəzet nömrələrinə isə cəlbedici görkəm verir. Yaxşı redaktə olun­muş sərlövhələri daha uğurlu tərtib etmək olar. Sərlövhələrin tərtibi redaksiyanın imkanından aslı olaraq rəngarəng müxtəlif ola bilər. Buna görə qəzet səhifəsində təkcə mətnlərin deyil, sərlövhələrin məzmunu şriftlər vasitəsilə oxuculara çat­dırılır. Odur ki, sərlövhə üçün şrift seçilməsinə xüsusi fikir vermək lazımdır. Sərlöv­hələrin uğursuz, səliqəsiz bacarıqsız tərtibi materialın təsirini əhəmiyyətini aşa­ğı salır, oxucunun diqqətini yayındıraraq yaxşı tərtib edilən zəif materiala cəlb edir.

                 Sərlövhə seçimində ən maraqlı məqamlardan biri onun müraciət etdiyi mənbələrdir. Bu mənbələrdə jurnalistin dünyagörüşü, bilik səviyyəsi əsaslı rol oy­nayır. Jurnalist ətrafımızda baş verən hadisələrə münasibətini yaradıcılıq axtarı­şının nəticəsi olan sərlövhələrdən bildirməyə çalışır. Sərlövhə üçün ən dəyərli mənbə ­ya­tın özüdür. Jurnalist yazını hazırlayarkən müxtəlif fakt hadisələrlə qarşı­laş­malı olur. Onlardan aldığı təəssürat materialı dərk etməyə, münasib sərlövhə seçməyə ­mək göstərir. Sərlövhə, hər şeydən əvvəl, material üzərində işləyərkən meydana gəlir. Məqalə barəsində düşünəndə, onu yazanda əl yazısı qurtarandan sonra da sər­lövhə yarana bilər. Bu, yaradıcılıq prosesidir, hər bir jurnalistdə sərlövhə axtarma­ğın kon­kret halı müxtəlif ola bilər. Sərlövhə bəzən gözlənilmədən, təsadüfi meydana gəlir.

                 Qəzetdə sərlövhə yaradıcılıq işidir. Bu işdə jurnalist redaksiya əməkdaşları başlıca simadır. İstər müəllif material hazırlasın, istərsə öz yazısı üzərində işləsin, o, sərlövhənin uğurlu olmasına çalışmalıdır. Əlbəttə, müəllif materialının sərlövhəsini adə­tən özü düşünüb tapır. Amma həmişə belə olmur. Bəzi müəlliflər öz yazılarını redak­siyaya sərlövhəsiz göndərirlər. Elə buradaca, redaksiya əməkdaşı müəlliflərin köməyinə gəlir. Bu zaman yaxşı fikirləşmək, özünü müəllif yerinə qoymağı bacar­maq lazımdır. Müəllifin ürəyincə sərlövhə tapmaq daha yaxşı olar, əksinə, tələsik, götür-qoy edilməmiş, qondarma sərlövhə onu narazı sala bilər. Odur ki, sərlövhə üzə­rində işləyən jurnalist özünə qarşı tələbkar olmalıdır. Materialın səhifədə cəlbediciliyi sərlövhənin məharətlə seçilməsindən çox asılıdır.

                 Redaksiyanın yaradıcı kollektivi təkcə sərlövhə seçimində deyil, ümumiyyətlə, yaradıcılıq prosesində tez-tez xalq frazeologiyasına, dərin mənalı atalar sözlərinə məsəllərə, bədii əsərlərə, folklor nümunələrinə, məşhur mahnıların misralarına, bədii filmlərə onlardan gətirilən sitatlara müraciət edir. Bunun nəticəsində uzun müddət yadda qalan sərlövhələr meydana çıxır. Dilin obrazlı emosional vasitələrindən istifadə edərək sərlövhələrin təsir gücünü artırmaq mümkündür. Qəzetdə tənqidi materiallara, satirik yumoristik mətnlərə verilən bu tip sərlövhələr ciddiliyi, məzmunu tam əhatə etməsi ilə fərqlənir konkret nöqsanlar, cəmiyyətə zidd hallar barədə ictimai rəy yaradılmasına təsir göstərir. Sərlövhədə aforizm, zərb-məsəl metaforalardan bacarıqla istifadə etmək, material barədə oxucularda canlı konkret təsəvvür yaradır. Götürülən dəyərli nümunələrin hər birində dərin məna yükü var. Xalq təfəkküründən süzülüb gələn, hər cür şablondan uzaq olan bu nümunələr çox-çox əvvəl deyilmiş olsa belə, onlarda bu günümüzün nəbzi vurur. Nümunələr bəzən oluğu kimi, bəzən müəllifin məqsədinə uyğun şəkildə dəyişdirilmiş vəziyyətdə olur. Azərbaycan xalqı da öz folkloruna, ədəbiyyat tarixinə bağlı millət olduğundan bu səpkili sərlövhələr adətən, onların zövqünü oxşayır həmin materialı oxumağa həvəsləndirir. Lakin həmişə belə olmur. Bəzən jurnalist sərlövhə seçərkən xalq frazeologiyasından, folklordan, bədii əsərlərdən götürdüyü nümunələri bir vasitə kimi istifadə edir. Yəni müəllif belə nümunələrə müraciət etməklə sadəcə olaraq oxucunun diqqətini həmin yazıya yönəltməyi qarşısına məqsəd qoyur. Oxucu isə maraqlı sərlövhəni görüncə qeyri-şüuri materialı oxumağa başlayır təbii ki, oxumaq istədiklərini orada tapa bilməyəndə məyus olur. Bu isə həmin mətbuat orqanının nüfuzuna ciddi xələl gətirir, cəmiyyətin ona inamını azaldır. Bütün bunların baş verməməsi üçün qəzet jurnalistikasında mühüm yaradıcılıq keyfiyyəti tələb edən sərlövhə seçiminə ciddi yanaşmaq lazımdır.

                 Qəzet jurnalistikası yazı jurnalistikasıdır. Yazı ilə bağlı olduğu üçün qəzet materialları yazılı mətndən ibarətdir. Bu yazıların sərlövhələri səhifədəki materialları bir-birindən ayırmağa kömək edir. Sərlövhənin çox mühüm bir vəzifəsi çap olunmuş mətnin məzmununu ifadə etməsi, onun mövzusu, ideyası, xarakteri haqqında təsəvvür yaratması ilə bağlıdır. Sərlövhə ifadəli, lakonik, obrazlı, oxucunu cəlb etmək, onu oxumağa məcbur etmək xarakterinə malik olmalıdır. Bu cür sərlövhə yaratmaq istedad işidir. Müasir jurnalistikamızda sərlövhənin tutumu daha çox əhəmiyyət kəsb etməyə başlamışdır. Əvvəllər bir çox halda sərlövhəsiz təqdim olunan xəbərlər indi çox cəlbedici sərlövhələrlə qəzet səhifəsinə çıxarılır.

                 Sərlövhələrin seçilməsi yaradıcılıq prosesində mürəkkəb çətin mərhələlər­dən biridir. Adətən, qəzetdə onlarla müxtəlif sərlövhə verilir. Aktual məsələləri, günün mühüm problemlərini göstərən, mətnləri bir-birindən ayıran başlıqlar eyni zamanda qəzetin ideya səviyyəsi, tərtibat mədəniyyəti, estetik görkəmi haqqında ilk təəssürat oyadır. Odur ki, ümumiyyətlə götürüldükdə sərlövhələrin seçilməsi qəzet səhifələrində yerləşdirilməsi redaksiya əməkdaşlarından ciddi məsuliyyət səy tələb edir. Sərlövhə qəzet materialının tərkib hissəsi onunla bilavasitə bağlı olduğundan müəllifin material üzərindəki işindən az zəhmət tələb etmir.

                 Respublikamızın ayrı-ayrı mətbuat orqanlarında, xüsusən “Ayna”, “Azadlıq”, “525-ci qəzet”, “Şərq”, “Müsavat” qəzetlərində sərlövhələrin seçilməsi mətn üzərində yaradıcılıq işinin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilir. Həmin qəzetlərdə mövzunun şərhi ilə vəhdət təşkil edən rəngarəng başlıqlara tez-tez rast gəlmək olar. Lakin bütün bunları mətbuat orqanlarımızın hamısına aid etmək olmaz. Ən mükəmməl tərtib olunmuş qəzetdə belə, müxtəlif səbəblər üzündən sərlövhələrdə ayrı-ayrı səhvlər meydana çıxa bilər. Sərlövhədə sözün düzgün yazılışına, sintaksisin rahatlığına etinasızlıq jurnalist məsuliyyətsizliyidir.

                 Qəzet materiallarının çox mühüm bir atributu olan sərlövhə seçimi özü yaradıcı bir olduğundan ona müxtəlif tələblər verilir. Öz işinə ciddi yanaşan hər bir jurnalist yazdığı materiala ad seçərkən mümkün qədər bu tələblərə riayət etməlidir. Əks təqdirdə, mətndə mövzu sərlövhə vəhdəti pozular, sərlövhə oxucunu yanlış istiqamətləndirərək arzuolunmaz nəticələrin yaranmasına səbəb olar. Sərlövhə hər şeydən əvvəl oxucunu aid olduğu materialı oxumağa maraqlandırmalıdır. Lakin bu marağı təmin etmək üçün süni cəzbedicilikdən qaçılmalıdır. Maraqlı sərlövhə hər zaman oxucu diqqətini özünə yönəldir.

                 Hər bir fəaliyyət sahəsində olduğu kimi, jurnalistikada da etik normalar ­hüm əhəmiyyət kəsb edir. Cəmiyyətin indiki inkişaf çağında bu normalara etinasızlıq göstərən peşə adamlarının tezliklə nüfuzdan düşmələri, peşə sənət dünyasında ge­dən gərgin kəskin rəqabətdə tez uduzmaları göz qabağındadır. Ona görə jur­nalist nəinki sərlövhədə, hətta yazıda belə etik qaydaların pozulmasına yol vermə­­lidir.

                 Qəzet jurnalistikası cəmiyyətin bütün təbəqələri üçün (ziyalılardan tutmuş sadə kənd adamlarına qədər) nəzərdə tutulduğundan redaksiya əməkdaşları çalışmalıdırlar ki, çap etdikləri məhsul hamının anlayacağı bir dildə olsun. Sərlövhədə eləcə mətndə oxucuya məlum olmayan sözlərin işlədilməsi müasir mətbuatda tez-tez qarşılaşdığımız haldır. Sərlövhə qrammatik baxımdan düzgün qurulmalı, trafaret, çox işlənən ifadələrdən uzaq olmalıdır. Burada söhbət elə qrammatik səhvlərdən gedir ki, onlar sonda məna səhvinə səbəb olsun. Qrammatik səhvlər əvəzliklərdən düzgün istifadə etmədikdə, söz sırası pozulduqda və s. hallarda baş verir. Sərlövhələrdə artıq sözlərin işlədilməsi, ikimənalı şərhə yol verilməsi kimi səciyyəvi səhvlərin baş verməməsi üçün redaksiya əməkdaşları xüsusilə diqqətli olmalıdırlar.

           İstifadə olunmuş ədəbiyyat:

1.                     Adilov M. Qəzet dili, Bakı, 1973.

2.                     Məmmədli C. Jurnalistikaya giriş, BDU nəşri, Bakı, 2001.

3.                     Rüstəmli A., Jurnalistika, B., 2005.

4.                     Nəbili Ə. Qəzet tərtibi və buraxılışı texnikasının əsasları, Bakı, 1992.

5.                     Rüstəmov T. Ədəbi redaktənin ирование, Ленинград, 1975.

6.                     Ученва В.В., Метод и жанр. Bakı, 1975.

7.                     Герехова В.С. Литературное редактлектика взаимодействия. М., 1982.

                                                                                    Резюме

                 Автор в научной статъе оценивает работу по поиску заголовка как процесс создания. Выбор заголовка и его источника акцентируются автором с литературной точки зрения.

                                    Summary

                 In the article author values the title search process as like creative work. Elect and sources of the title, develop from literary side are problems cast a glance author.

                 Açar sözlər: jurnalistika, KİV, informasiya, sərlövhə.

                 Ключевые слова: журналистка, СМИ, жанр, медиа,  заголовк.

                 Key words: journalism, press, journalist, information, title.            

 

Rəyçi: dos. V.Z.Əliyev

Günay Səməd qızı Məmmədova

“REGİONLARIN SOSİAL-İQTİSADİ İNKİŞAFI DÖVLƏT PROQRAMI”NIN

REGİON MƏTBUATINDA İŞIQLANDIRILMASI

                 İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin qorunub saxlanılması vacib şərtlərdəndir. Bu reallığı nəzərə alan Prezident İlham Əliyev hələ hökumətin 2003-cü il noyabrın 17-də keçirilmiş ilk iclasında bölgələrin inkişafındakı fərqi mümkün qədər azaltmağı, bu sahədə balansa nail olmağı özünün iqtisadi siyasətinin prioritetlərindən biri elan etmişdi.

                 Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının reallaşması respub­li­kamızın iqtisadi siyasətinin strateji istiqamətlərinin ardıcıl olaraq həyata keçiril­məsinə şərait yaradır. 2009-cu ildə dövlətimizin başçısı regionlara 27 dəfə səfər et­miş, bu səfərlər zamanı 150-yə qədər müəssisə və obyektin açılış və təməlqoyma məra­simlərində iştirak etmişdir. Yol-nəqliyyat arteriyaları şəbəkəsi dinamik şəkildə inkişaf edir. İqtisadi zonaların ərazisində Xırdalan-Binəqədi, Xırdalan-Novxanı yol ötürücüsü tikilmiş, Ələt-Astara-İran sərhədi avtomobil yolu yenidən qurulmuşdur. Muğanlı-İsmayıllı-Qəbələ yolunun, habelə Bakı-Quba istiqamətində  və Rusiya ilə dövlət sərhəddinə qədər beton örtüklü yolun tikintisi davam edir.

                 Dövlətin əsas vəzifəsi mütərəqqi iqtisadi və sosial islahatlar həyata keçirmək, inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etməkdir. Mətbuatın rolu isə gedən proseslərin ardıcıllıqla izləyib oxucusunu məlumatlandırmaqdır. Dövlət başçı­sının 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” nın əsas məqsədi qarşıdakı müddətdə ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi, infrastruktur tə­minatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi, sahib­karlığın inkişafının daha da sürətləndirilməsi, iqtisadiyyatın inkişafına investisiyaların cəlb olunması işinin davam etdirilməsi, ixracyönümlü məh­sul istehsalının stimul­laş­dırıl­ması, müasir tipli infrastruktur obyektlərinin yaradıl­ması, mövcud obyektlərin bey­nəl­xalq standartlara uyğunlaşdırılması, yoxsulluğun səviyyəsinin azaldılması və digər zəruri tədbirləri həyata keçirməkdir. Məhz region­ların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş geniş spektrli layihələr rayonların simasını nəzərə çarpacaq dərəcədə dəyişməyə, qəsəbə və kəndlərini abadlaşdırmağa, infra­struktur şəbəkənin genişləndir­məyə, səhiyyə, təhsil, mədəniyyət müəssisələrinin maddi-texniki bazasını möhkəm­lət­məyə imkan ver­miş­dir. Dövlət Proqramının  uğurla həyata keçirilməsi yeni iş yer­lərinin  yaradıl­masına, ÜDM-də özəl sektorun xüsusi çəkisinin artmasına, əhalinin hə­yat səviy­yə­sinin yüksəlməsinə kömək edir. Bir  sıra kommunal problemlər həll edil­miş, elektrik ener­jisi, qaz, su təchizatı yaxşılaşdırılmış, digər sahələrdə də irəliləyiş nəzərə çarpmışdır.

                 Dövlət orqanlarının, yerli icra strukturlarının bu sahədə fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması region mətbuatının mühüm vəzifələrindən biri hesab olunur. Vətəndaşlar iqtisadi islahatların gedişi , sosial məsələlərin həlli, ictimai və şəxsi həyatı tənzimləyən normativ hüquqi aktlar haqqında obyektiv informasiya ilə təmin etmək zəruridir. Ona göə də informasiya siyasəti ilə ictimai tənzimlənmə arasında tarazlıq yaradılması, informasiya cəmiyyəti və plüralizmin inkişafı xətti daha inteniv həyata keçirilməlidir. Bu baxımdan region mətbuatı da həmin bölgədə baş verən hadisələri dövlətin siyasətini öz səhifələrində əks etdirməli, oxuculara görülən işlər barədə aydın məlumat verməlidir. Ölkə başçısının 2009-2013-cü illəri əhatə edən “Regionların sosial-iqtisadi inkişafı” ilə bağlı məsələlər, görülən işlər region mətbuatının əsas mövzularından olmalıdır. Hər bir rayonun qəzeti həmin bu sərəncamdan irəli gələn məsələləri vaxtında icra olunub-olunmamasına araşdırmalı, dövlət tərəfindən ayrılan vəsaitin hansı istiqamətlərə xərcləndiyi barəsində ictimaiyyəti məlumatlandırmalıdır. Əgər region mətbuatı bunu layiqincə, operativ yerinə yetirərsə bu icraçıların öz işlərinə daha məsuliyyətlə yanaşmasına səbəb olar. Bu səbəbdən region qəzetlərinin üzərinə ağır və məsuliyyətli iş düşür.

                 Hal-hazırda Azərbaycanda 4000-ə qədər kütləvi informasiya vasitəsi qeydiy­yatdan keçmişdir. Bunların sırasında region qəzetlərinin də sayı çoxdur. Sumqayıtda 69, Gəncədə 65, Abşeronda 35, cəlilabad və İmişlidə 13, Naxçıvan, Lənkəran, Sabira­bad və Qəbələdə 12, Mingeçevir və Şəkidə 10, Şamaxı və Şəmkirdə 8, Bərdə, Quba və Biləsuvarda 7, Tovuz, Füzuli, Ucar, Masallı, Saatlı və Göyçayda 6, Göygöl, Xaç­maz və İsmayıllıda 5, Şirvan, Beyləqan, Gədəbəy və Lerikdə 4, Laçın, Salyan, Bala­kən, Yardımlı, Ağcabədi və Ağsuda 3, Kürdəmir, Ağstafa, Zaqatala, Neftçala, Qazax, Xocalı, Goranboy, Qax, Çərur, Kəlbəcər və Tərtərdə 2, Qubadlı, Xızı, Yevlax, Daş­kə­sən, Gədəbəy, Qusar, Naftalan, Oğuz, Şahbuz, Şabran, Babək, Şuşa, Hacıqabul, Sa­mux, Zəngilan və Astarada 1 qəzet Ədliyyə nazirliyində qeydiyyatdan keçib. Gö­ründüyü kimi regionlarda qeydiyyatdan keçmiş qəzetlərin sayı çox olsa da bunların cuzi hissəsi fəaliyyət göstərir. çap olunan qəzetlərin bir çoxunun üzərində dövriliyi qeyd olunmur. Bu da həmin qəzetin davamlı nəşr olunmamasından xəbər verir. Ha­zır­da respublika ərazisində qeydiyyatdan keçmiş kütləvi informasiya vasitələrin­dən yalnız 600-ə qədəri fəaliyyət göstərir. təxminən 400-ə qədər qəzet və jurnal dərc olunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəaliyyət göstərir. azər­bay­canda 50-yə yaxın elektron KİV, təxminən 20 informasiya agentliyi var. Qalanları isə internet resurslarıdır.

                 “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”ı çərçivəsində görülən işlərin region mətbuatında öz əksini tapması mühüm amillərdən biri hesab olunur. Rayon qəzetlərində apardığımız monitorinqin nəticəsində ayrı-ayrı mətbuat orqanla­rının bu işdə səriştəsini aşağıdakı təhlillə ifadə etmək olar.

                 “Kür” qəzeti Yevlax rayonunun yeganə mətbu orqanıdır. Regionların sosial-iqtisadi inkişafı sahəsində görülən işlər barəsində qəzetdə geniş məlumatlar verilir. Bu sərəncama əsasən görülən işlər üzrə keçirilən dəyirmi masalar, iclaslar qəzetdə işıqlandırılır və onların məğzi, müzakirələr barədə oxucuya ətraflı məlumat verilir. 2010-2011-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş şura bütün təfərruatı ilə qəzetdə öz əksini tapır. Oxuculara bu sahədə görülən işlər müxtəlif fotolarla, dəqiq rəqəmlərlə və tarixlərlə əsaslı şəkildə çatdırılır. Demək olar ki, qəzetin hər sayında prezidentin “Regionların sosial-iqtisadi inkişafı” sərəncamı ilə əlaqədar görülən işlər barəsində məlumat verilir. Qəzet öz siyasətini rayon camaatının maraqlarına yönəltmiş və dövlətlə xalq arasında vasitəçi rolunu öz öhdəsinə götürmüşdür. Qəzetin “Yevlaxda sosial-iqtisadi inkişaf yeni mərhələyə qədəm qoyur” adlı məqaləsində dövlət proqramında irəli gələn məsələlər və son bir ayda görülən işlər öz əksini tapmışdır. Məqalədə görülən işlərin nəticələri, məhsul artımı kimi məsələlər statistik məlumatlarla qeyd olunur və inşası hələ tamamlanmamış tikinti işlərinin gedişatı barəsində məlumatlar verilib (4,s.1-2).

                 “Əkinçi” qəzeti Zərdab rayonunun iqtisadi, ictimai-siyasi və mədəni həyatını işıqlandıran yeganə yerli kütləvi informasiya vasitəsidir. Qəzetin maliyyə çətinliyi olsa da, mütəmadi olaraq oxucularını yeni sayları ilə sevindirməyə çalışırlar. Lakin maliyyə problemləri onların davamlı olaraq nəşr olunmasına əngəl törədir. Qəzet rayonda ədəbi-bədii mühitin formalaşmasında, gənc istedadların aşkar edilib püxtələşməsində onların onların yaradıcılığının təbliğində böyük rola malikdir. Ölkə başçısının Zərdab rayonunun sosial-iqtisadi inkişafı haqqında sərəncamından irəli gələn məsələlər və bu istiqamətdə görülən işlər xüsusi buraxılışlarda öz əksini tapır.

                 “Xalq sözü” qəzeti İmişli rayonunda nəşr olunur. Yeni əsr jurnalistdən yeni yara­dıcılıq ideyaları və onların ustalıqla gerçəkləşdirilməsi hadisələrə və onların təh­lillərinə obyektiv münasibət, peşə etikasının dünya praktikasında özünü doğruldan nor­malarına daha həssas münasibət, forma və üslubun əsrin xarakterinə uyğunluğu, jurnalistin cəmiyyət qarşısında sosial məsuliyyəti və s. məsələlərə diqqətlə yanaşmağı qətiyyətlə tələb edir. dövlətin dəstəyi ilə İmişlı rayonunda görülən işlər qəzetin bəzi saylarında işıqlandırılır. Qəzetdə “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proq­ra­mı” ilə bağlı icra olunan işlər barədə rayon camaatı arasında müxtəlif sorğular keçi­rib. Müx­təlif təbəqələrdən olan insanların bu proqramla bağlı fikirləri qələmə alınıb. (2, s.1)

                 “Dönüş” qəzeti regionların sosial-iqtisadi inkişafı ilə bağlı məsələlərə ilk səhifələrində yer ayırır. Regionların sosial-iqtisadi inkişafına dair prezident sərəncamına əsasən Saatlı rayonunda bəzi kənd yollarının bərpası üçün Prezidentin Ehtiyyat Fondundan rayon icra hakimiyyətinə 1.5 milyon vəsait ayrılıb. Qəzetdə həmin yolların yalnız açılışından bəhs olunub. Qəzet Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş hesabatı öz səhifələrində işıqlandırmışdır. Lakin bu proqramla bağlı qəzetin heç bir sayında araşdırmalara rast gəlinmir.

                 “İsmayıllı xəbərləri” qəzetində “Uğurlar daha çox olacaq” adlı məqalədə İsma­yıl­lı rayon statistika idarəsinin rayonun sosial-iqtisadi inkişafı proqramından irəli gələn məsələlər barəsində ətraflı məlumat verilir. Bundan başqa qəzetin eyni sayında “Çox iş görə bilərik” adlı məqalədə kənd bələdiyyələrinin Dövlət Proqramından irəli gələn məsələlər barədə hesabat materialı nəşr olunub. Bununla da qəzet İsmayıllı rayonunun sosial-iqtisadi inkişafında öhdəliyinə düşən məsələləri qismən də olsa icra etmiş olur.

                 “Qəbələ” qəzeti bu işdə daha fəal iştirak edir. qəzetin eyni sayında “Regi­on­ların 2009-2013-cü illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı”yla bağlı icra olunmuş işlər ayrı-ayrılıqda, sistemli şəkildə oxucuya çatdırılır. Hesabatlar ümumi şəkildə bir məqalədə toplanmır. Yeni tikililər ayrı məqalədə, avtomobil yolları ilə bağlı görülən işlər başqa bir məqalədə öz əksini tapır. Görülən quruculuq işləri haqda qəzetdə geniş məlumat verilir. “Azərbaycanın gözəl məbədi- Qəbələ” adlı məqalədə ti­kinti işləri başa çatmış tikililərin şəkilləri və onlar haqda ətraflı məlumatlar verilib.(6, s5 )

                 II Dövlət Proqramının qəbul edilməsindən ötən qısa dövrdə görülən irimiqyaslı işlər böyük nəticələrə gətirib çıxarmışdır.

                 Ölkə başçısı bölgələrin davamlı inkişafının təmin olunması, yeni iş yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı fərman və sərəncamların icrası vəziyyəti ilə yerindəcə tanış ol­maq, siravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə  infor­masiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı respublikanın rayonlarına səfərlər edir. bu səfərlər zamanı rayonlarda icra olunmuş işlərlə tanış olur və açılışlarda iştirak edir. ölkə başçısının bu səfərləri icraçıların öz işləinə daha məsuliyyətlə yanaşmasına səbəb olur. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın nəticələri ilə bağlı İlham Əliyevin çıxışları, iradları rayon qəzeti vasitəsilə daha geniş şəkildə oxuculara çatdırılır. Bununla yanaşı prezident rayon camaatı ilə səmimi görüşlər keçirir. Belə görüşlərdən biri də Lerik rayonunda olub və gğrüşdə söylənilən fikirlər “Lerik” qəzetində qələmə alınıb. Qəzetdə ölkə başçısının iştirak etdiyi açılışların fotoları və rayon icra hakimiyyətinin verdiyi hesabat nəşr olunub. Prezidentin Qəbələ rayonuna səfəri “Qəbələ” qəzeti tərəfindən işıqlandırılıb. Ölkə başçısı Heydər Əliyev parkı ilə tanış olmuş, yeni turizm obyektlərinin açılışını etmiş, Laza yarım­stan­siya­sının istifadəyə verilməsində iştirak etmiş, yeni istehsal sahələri ilə tanış ol­muşdur. Bütün bunlar qəzet səhifələrində ətraflı öz əksini tapıb. İlham Əliyevin digər ra­yon­lara səfərləri də digər region qəzetində də ətraflı işıqlan­dı­rılır. Region qəzetlərin fərqi ondadır ki, rayon qəzeti daha çox həmin rayon ca­maatının uğurlarını, prob­lem­lərini ətraflı işıqlandırır, oxucuya yaşadığı rayon haqda daha geniş informasiyalar çatdırır. Ölkə qəzetlərindən fərqli olaraq region qəzet­lərinin yazı və əhatə dairəsi da­ha kişik ərazini əhatə etdiyindən bu qəzetlərdə hər bir sahəyə toxunmaq və dəqiq araş­dırmalar aparmaq üçün geniş imkanlar var. Region qə­zeti nəşr olunduğu rayonun inkişafında çox mühüm rol oynuyur. Bu baxımdan “Regionların sosial-iqtisadi inki­şa­fı Dövlət Proqramı” və bu proqrama əlavə edilən prezident sərəncamlarının işıqlandırılması, görülən işlərin təhlilli əks olunması bu proqramın daha dəqiq icra olunmasına stimul olur.

                                                                                    Summary

                 This article is talked how lightening in the regional press of Azerbaijan “Sosial-economic development State Program of regions”.   

Key words: regional press, social-economic development, state and journalism.

                                                                   `               Резюме

                 Статья посвящена тому, как освещается «Государственная Программа социально-экономического развития регионов» в азербайджанской региональ­ной прессе.

Ключевые слова: региональная пресса, социально-экономическое развитие, государство и журналистика.

                                                                                    Ədəbiyyat

1.             “Zaqatala” qəzeti xüsusi buraxılışı, 15 fevral, 2011-ci il

2.              “Xalq sözü” qəzeti 1-2 saylı buraxılış, 01-15 yanvar 2012-ci il

3.              “Kür” qəzeti 10  saylı buraxılışı, 10 mart 2011-ci il

4.              “Qəbələ” qəzeti 11-13 saylı buraxılış, 19 fevral 2011-ci il

5.              “Dönüş” qəzeti

6.              “İsmayıllı xəbərləri” qəzeti

7.              “Əkinçi” qəzeti

                                                                                                                      Rəyçi:   f.e.f.d   V. Z. Əliyev


Elnarə İslam qızı Zeynalova

SOSİAL MEDİA VƏ ONUN AUDİTORİYAYA TƏSİR MEXANİZMLƏRİ

                Veb 2.0 bir tərəfli informasiya yayımından, iki tərəfli və bərabər zamanlı informasiya yayımına çevrilərək istifadəçilərin ixtiyarına verilən bir media sistemidir. Daha aydın desək, zaman və məkan məhdudiyyəti olmadan əlində olanı bölüşərək ünsiyət və müzakirə yaradan bir insani əlaqə formasıdır.

Sosial media platformalarında insanlarla birbaşa əlaqə yaradılır. Onlara kömək etmək və kömək almaq, suallarına cavab vermək və lazım olanı soruşmaq imkanı möv¬cuddur. Bu baxımdan sosial media başlıca təhsil üsullarından da biri hesab olunur.

Texnoloji inkişafın nəticəsi olan sosial əlaqənin bu forması sözlər, görüntülü materiallar, səsli effektlərdən təşkil olunmuş quruluşa malikdir. Eyni zamanda insanların öz hekayə və təcrübələrini bu üsulla yayımladığı bir çərçivəyə də sahibdir. Digər tərəfdən sosial media “İstifadəçilərin yaratdığı tərkib” və “Müştərilərin istehsal etdiyi media” anlyışlarını da ortaya çıxararaq bu quruluşu ilə iqtisadi arenada öz yerini tutmuşdur.

Sosial media qəzet, televiziya və kino kimi klasik mediadan fərqli cəhətlərə malikdir. Xüsusilə, qeyd edilməlidir ki, klassik media informasiyanın yayımı üçün müəyyən olunmuş qaynaqlara ehtiyac duyarkən, sosial media informasiyanın əldə olunması və yayılması üçün  demək olar ki, xərc tələb eləmir və istifadə məhdudiyyəti də yoxdur, yəni “qapı” hər kəsə açıqdır. Eyni zamanda mətbuat və ya televiziya yayımı üçün məcburu olan lisana da ehtiyac duyulmur.

Sosial medianın beynəlxalq arenada adətən “undustry”, “broadcast” və ya “mass” media kimi vurğulanan klassik media ilə birgə sahib olduğu əsas xarakteristik xüsusiyyət həm kiçik, həm də böyük kütlələrə nüfuz edə bilməsidir. Məsələn, həm bir “blog” yazısı həm də televiziya verilişi bir nəfərə də gedib çata bilər, milyonlarla insana da. Bu baxımdan sosial media və klassik media arasındakı fərqli cəhətləri müəyyənləşdirmək üçün mövcud xüsusiyyətlər belə qruplaşdırılır:

•               Həm klassik media həm də sosial media texnologiyası hər kəsin ümumi bir hədəfə nüfüz edə bilməsinə şərait yaradır.

•               Klassik media adətən özəl şirkətlərin və dövlətin əlində cəmlənir. Sosial media isə hər kəs tərəfindən az xərclə və ya xərcsiz istifadə olunma imkanına malikdir.

•               Klassik media yayımı daha çox peşəkarlaşmış qabiliyyətlər tələb edir. Bir çox sosial media nümunələri üçün isə bu keçərli deyil və ya bəzi hallarda bu qabiliyyətlər tamamilə başqa formadadır. Yəni hər kəs istehsal prosesində iştirak edə bilər.

•               Klassik medianın auditoriyaya çatarkən yaranan zaman fərqini nəzərə salsaq (günlər, həftələr, hətta aylar), lazım olan anda plüralizmin üstün təsir qüvvəsi  ilə ön planda olan sosial media ilə müqayisədə zaman itkisinə daha çox rast gəlinir. Klassik media demək olar ki, sosial media ilə arasında olan bu fərqi aradan qaldırma yolundadır. Yəni uyğunlaşma gedir və yaxın zamanda bu fərq aradan qalxacaqdır.

•               Klassik media yayımlandıqdan sonra dəyişdirilə bilmir. Qəzet məqaləsi nəşr edildikdən və yayımlandıqdan sonra eyni məqalə üzərində həmin gün dəyişikli edilə bilməz, halbuki, sosial media yayımlandıqdan sonra istədiyi anda düzəlişlər edərək “operativliyini” qoruya bilir [1,s.59].

Berlin jurnalistika və rabitə institutunun professoru Torsten Kvanta görə KİV Sosial mediada öz təzahürünü “online jurnalistikası” kimi tapır. Bu, jurnalistikanın elə bir növüdür ki, burada məlumatlar online formada dərc olunur və məhz ilk nümunələri də KİV-in internetdə dərc edilməsi ilə yaranıb. Online portalları isə 90-cı illərin ortalarında meydana gəlib. Bu gün isə sadəcə istifadəçilərin yaratdığı media ümumilikdə izlənən KİV-in 50-60 faizini əhatə edir. Və həd o yerə çatıb ki, evində oturub gitara çalaraq mahnı oxuyan adi bir şəxs bir anda ən çox izlənən videosu ilə dünyada tanınan müğənniyə çevrilir. Yaxud internetdə başlatdığı kompaniya ilə əhatəsində tapa bilmədiyi köməyi ətrafına “toplaşan” yüzlərlə insandan birində tapan “serroz” xəstəsi yenidən həyata qayıdır. Bunun kimi daha neçə-neçə nümunələr sadalamaq olar ki, bu da sosial medianın əhatə dairəsinin genişliyi ilə təəccübləndirir.

Sosial mediadan sonra insan həyatında çox şey dəyişməyə başladı. Bu medianın tərkib hissəsi istifadəçi tərəfindən formalaşdırıldığı üçün yaradıcılıq keyfiyyəti daha çox əhəmiyyət kəsb etdi və beləliklə “qoşulma” dövrü başladı. Medianın tərkib hissəsini istehsal edənlə onu izləyən arasındakı fərq aradan qalxmağa başladı. Dəyişiklik sürətləndi. Bu səbəbdən insanlar üçün ən yenini əldə etmək daha əhəmiyyətli olduğu halda gerçəklər deyil, fikirlər önəmli qazandı, obyektiv olmaq deyil,  səmimi olmaq əhəmiyyət kəsb etdi.

Valideynlərlə uşaqları arasındakı əlaqənin istiqaməti  də dəyişdi. Valideynlər müasir texnologiya ilə böyüyən övladlarının sürətinə yetişə bilmək üçün bəzi şeyləri öyrənməyə könüllü şəkildə yanaşmağa başladılar. Bu öyrənmənin nəticəsində sosial mediaya uyğunlaşmağa çalışan valideynlər övladları ilə internet məkanını paylaş¬mağa başladılar və bu yolla onların sosial sferadakı əhatə dairəsinə daha yaxından bələd olma imkanı əldə etdilər.

Sosial medianın təkmilləşməsilə təhsil sahəsi də yenilik etməyə ehtiyac duydu. Bu səbədən sosial medianın öhdəsinə uşaqlara üçün yeni metodlar yaradılması və bu metodların yenilikləri öyrədə bilməsi öhdəliyi düşdü. Sosial media vasitəsilə mək¬təblər divarların əhatəsindən xilas oldu və təhsildə yeni üsullar tətbiq edilməyə başlandı.

 Sosial medianın hər bir istifadəçisi bərabər hüquqlu olduğundan insanların beyninə demokratiya fikrinin yerləşməsi üçün əlverişli şərait formalaşmışdır. Bu yolla sosial media istfadəçiləri sərbəst şəkildə öz fikirlərini yayımlaya bilmə imkanına malikdirlər. Bir-birini tanımayan saysız-hesabsız insanların müxtəlif fikir ətrafında birləşərək irəli sürdükləri rəylər və geribildirimlərlə sosial təsir məkanı, o cümlədən sanal cəmiyyətlər yaradılmaqdadır.

Qərb dünyasında texnologiyanın sürətli inkişafı və demokratiyanı təbliğ etməsi, digər tərəfdən isə təsir edici rejimlərin internet üzərindəki fəaliyyətlərinin sadəcə internet saytlarını bağlamaq yaxud da onunla əlaqəni çətinləşdirməkdən tutmuş, öz hakimiyyətlərinin təbliğatı ilə məşğul olan saytlar yaratmağa qədər genişlənən bir pozisiyada, sosial media sərhədsiz internetdə yer və virtual yaddaş problemini tarixin səhifələrinə həkk etdi.

Istifadəçinin yaratdığı tərkib o cümlədən, sosial mediada yayımlanan hər tərkibin son nəticədə xalqın ixtiyarına keçməsi və özünə sərf edən qruplar tərəfindən istifadə ediləbilən materiala çevrilməsi sosial medianın ən müzakirəli məsələlərindən birinə çevrilməkdədir. Bunun fərqinə varmayan insanlar öz şəxsi həyatlarını sosial mediada yayımlamağa davam etdikcə “şəxsi həyatın rentgenlənməsi” adi bir hala çevrilir və əlaqənin bu yeni halı “kimliksiz insanlar”ı yaratmaqda olan sosial media istifadəsinə yönəlmiş ən böyük tənqidlərdən biri kimi təzahür edir. Sosial media nə qədər geniş əhatə və əlaqə təklif edirsə, yalnış istifadə zamanı bir o qədər zərər vurma qüvvəsinə malikdir. Məhz bu səbəbdən bilgili valideynlər övladlarına  açıq-aşkar təsir etməkdənsə sosial məkanda onunla “dost olamağı” üstün tuturlar. Bu onları izləmək baxımından daha əlverişlidir.

Bu gün böyük bir marka yaratmaq uzun illər, böyük məbləğdə sərmayə, müvəf¬fəqiyyət qazanmış işlər, strategiyalar və bunları müvəffəqiyyətlə tətbiq edə biləcək insanlar tələb edir. Yəni bu iş heç də düşündüyünüz qədər asan iş deyil. Xüsusilə 2005-in uğurlarından etibarən sosial media böyük markaların ən önəmli vasitə¬lə¬rindən birinə çevrilməyə başladı. Sosial medianı bu qədər güclü bir vasitəyə çevirən sürətli yayım xüsusiyyəti, bəzən markalar üçün böyük təhdit də ola bilər. Marka nə qədər böyük olursa-olsun, sosial mediaya nə qədər ciddi yanaşırsa-yanaşsın məhz sosial media tərəfindən çox ciddi zərbələrə tuş gələ bilir. Bəziləri bu cür böhranları müvəffəqiyyətlə idarə edərək vəziyyətdən çıxır, digəri öhdəsindən gələ bilmədiyi üçün uğursuzluğa düçar olur, üçüncülər isə heç bir cəhd göstərmədən sosial medianı “görmür” kimi rəftar edirlər. Söhbət ondan gedir ki, nə qədər böyük brend olursa-olsun bəzən nəzərdə tutulmayan elə hadisələr baş verə bilir ki, yarım əsr ərzində qurub inşa etdiyiniz mövqeyiniz sosial media vasitəsilə bir anda yerlə yeksan ola bilir. Buna nümunə kimi “Dominos” pizza nı göstərmək mümkündür. Firma əleyhinə, üstəlik sadəcə mobil rabitə ilə yerində və zamanında qeydə alınmış bir video 60 ölkədə 125 min işçisi olan böyük bir firmanı silinmə təhlükəsi ilə üz-üzə qoydu. 2011-cilin 14 aprelində baş vermiş bu hadisədən sadəcə bir gün sonra ağıllı hərəkət edən  “Dominos” işə öz işçilərini işdən qovaraq başladı və rəsmi saytdan bir açıqlama yayımladı. Bu açıqlamada internetin müdhiş imkanlara malik azad şərait olduğunu və bu imkanlar vasitəsilə kamerası olan hər kəsin istənilən firmaya məhz bu hadisədə olduğu kimi böyük zərər vura biləcəyi səmimi bir dillə verilmişdi [3]. Bunun ardınca “Dominos”un rəhbəri Patrick Doyle Youtube videosunda yayımlanan təsirli açıq¬laması ilə zərərin qarşısını almağa xeyli müvəffəq olmuşdu. Həmin gün @dominos twitter adlı səhifə aktiv edildi və “Dominos” mediada rəsmi olaraq fəaliyyət göstər¬məyə başladı. Beləliklə, “Dominos” sosial mediadan aldığı zərbəni elə onun öz silahı ilə qabaqladı. Bu gün hələ də satışında geriləmə olmadığına görə bu firmanın izlədiyi strategiyanın olduqca təsirli olduğunu söyləmək mümkündür.

Onu da qeyd etməliyik ki, sosial mediadan istifadə məqsədi adətən üç istiqa¬mətdə müşahidə olunur.

1.              Sosial mediadan “bakclink” edilmə məqsədilə istifadə;

Burada məqsəd sosial bağlantılarda sayt mövzularının lidlərini yerləşdirməklə “backlink” qazanma düşüncəsidir. Halbuki, yüzminlərlə lid arasından diqqəti çəkmək o qədər də asan deyil və bunun yerinə az bağlantısı (linki) olan saytlardan backlink edilmək daha uğurlu hesab olun bilər.

2.              Sosial bağlantılardan yeni ziyarətçi qazanmaq düşüncəsi ilə istifadə;

Sosial bağlantılarda saytla əlaqədar olaraq “pərəstişkar” səhifələri yaxud qrupları yaradıb insanlara buradan öz saytlarını izləmək imkanı vermə düşüncəsidir. Bu zaman gələn ziyarətçilər bilgili və saytla maraqlanan müştərilər olduğu üçün onların faydası daha çoxdur. Çünki belə insanlar saytı öz sosial səhifələrində aktiv edərək yeni ziyarətçilər qazanılmasına şərait yarada bilirlər.

3.              Yeni tərkiblərin “indexlənməsi”ni sürətləndirmək məqsədilə istifadə;

Sosial media saytlarında “axtarış” servisləri daimi olaraq yer almaqdadır. Yeni aktivlənmiş “link”lərin açılması zamanı saytın yeni tərkiblərinin axtarış servisində daha tez çıxması mümkündür [1.s.68].

Nəticə etibarilə, sosial media saytlarından “backlink” edilmə məqsədilə istifadə mütəxəssislər tərəfindən məqsədəuyğun hesab edilməsə də ikinci və üçüncü istiqamətdə istifadə xeyli yararlı ola bilər.

İstifadə olunmuş ədəbiyyat

1. Kaplan, Andreas M., Micheal Haenlein “Users of the world, unite! The challenges and opportunities of Social Media”. Business Horizons. 2010.

2. Online News Association Website

3. Tim O Reilly (2005.09.30) “What is Web 2.0”. O Reilly Network. Veb 2.0 konfransındakı çıxışından.

4. http://tr. wikipedia.org/w/index.

5. Core Characteristics of Web 2.0 Services. http://www.techpluto.com/web-20-services/.

Ключевые слова: социальная медиа, веб, онлайн журналистика, технология, Интернет.

Key words: social media, web, online journalism, social relations, new journalism, internet.

РЕЗЮМЕ

Автор в научной статье с точки зрения аспектов технологического развития прослеживает возможности влияния  и объекты влияния социальной медии. Исследуются различные аспекты влияния социальной меди на аудитории.

 

SUMMARY

In the science article author looks through the challenges opportunities and objects of social media. Influence of social media to the audience is being researched with variety aspects by author.

 

Rəyçi: f.e.f.d. V.Z.Əliyev

Сайт управляется системой uCoz